...

Musa Pənahov: Son 10 il ərzində Azərbaycanın nəqliyyat sektoruna 20 milyard dollar sərmayə qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2014 11:56 (UTC +04:00)
Son 10 il ərzində Azərbaycanın nəqliyyat sektoruna 20 milyard dollar sərmayə qoyulub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov "TransCaspian və Road&traffic" sərgisinin açılışı zamanı deyib.
Musa Pənahov: Son 10 il ərzində Azərbaycanın nəqliyyat sektoruna 20 milyard dollar sərmayə qoyulub

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.İsmayılov/

Son 10 il ərzində Azərbaycanın nəqliyyat sektoruna 20 milyard dollar sərmayə qoyulub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov "TransCaspian və Road&traffic" sərgisinin açılışı zamanı deyib.

Onun sözlərinə görə, habelə yol-nəqliyyat infrastrukturunun inkişafına, körpülərin, keçidlərin, yol ötürücülərinin, aeroportların, yeni limanın tikintisinə, nəqliyyat vasitələrinin alınmasına da investisiya qoyulub.

Nazir müavini bildirib ki, son 10 il ərzində 9 min kilometrdən artıq avtomobil yolu, 250 tunel, körpü və yol ötürücüsü təmir edilib, bərpa olunub və tikilib, altı aeroport tikilib və yenidən qurulub, digər işlər görülüb.

Pənahov qeyd edib ki, nəqliyyat sektoruna investisiyalar təkcə dövlət vəsaitləri ilə deyil, həm də iri beynəlxalq maliyyə institutlarından kreditlərin cəlb edilməsi yolu ilə də həyata keçirilir ki, bu da ölkəmizə göstərilən böyük etimadı sübut edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti