...

RF Regionların İnkişafı və Azərbaycan İqtisadiyyat nazirlikləri Qəbələdə anlaşma memorandumu imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2014 10:56 (UTC +04:00)
V Azərbaycan-Rusiya regionlararası forumunun gedişində RF Regionların İnkişafı Nazirliyi və Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq.
RF Regionların İnkişafı və Azərbaycan İqtisadiyyat nazirlikləri Qəbələdə anlaşma memorandumu imzalayacaqlar

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Emin Əliyev/

V Azərbaycan-Rusiya regionlararası forumunun gedişində RF Regionların İnkişafı Nazirliyi və Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Rossiyskaya qazeta"ya müsahibəsində RF-nin regionların inkişafı naziri İqor Slyunyayev bildirib.

Nazir deyib: "Hesab edirəm ki, hər iki ölkə üçün əhəmiyyətli məsələlər üzrə planlaşdırılan çoxsaylı tədbirlər ikitərəfli əməkdaşlığın gələcək inkişafına yardım göstərəcək, ölkələrimizin işgüzar əməkdaşlığında yeni perspektivlər və qarşılqılı investisiyaların cəlb edilməsi imkanları açacaq".

V Azərbaycan-Rusiya regionlararası forumu iyunun 23-24-də Qəbələdə keçiriləcək.

Nazirin sözlərinə görə, forum iki ölkənin dövlət və regional orqanları üçün səmərəli meydança olmalıdır: "Rusiya-Azərbaycan birgə layihələrinin müzakirə olunacağı biznes tərəfdaşların görüşləri planlaşdırılıb. Forumda aralarında Prezident Administrasiyasının, federal icra hakimiyyəti orqanlarının nümayəndələrinin, Rusiya regionlarının rəhbərlərinin, biznes, elm və mədəniyyət sahələrinin nümayəndələrinin olduqları Rusiya nümayəndə heyəti 200 nəfərdən ibarət olacaq. Energetika, bank, aqrar sahələrdə ikitərəli əməkdaşlıq, Rusiya və Azərbaycanın sahibkarları arasında əlaqələrin genişləndirilməsi üzrə "dəyirmi masa"ların keçiriləcəyi gözlənilir. Biz həmkarlarımız ilə regionlararası əlaqələrin inkişafını, turizm və nəqliyyat sahəsində əməkdaşlığı, eləcə də investisiya layihələrini müzakirə etməyi planlaşdırırıq".

Nazir qeyd edib ki, RF-nin 75-dən artıq subyekti Azərbaycan ilə regionlararası əlaqələri müxtəlif dərəcələrdə dəstəkləyir: "Moskva və Sankt-Peterburqdan başqa, Dağıstan və Tatarıstan respublikaları, Stavropol diyarı, Sverdlovsk, Çelyabinsk, Rostov, Moskva, Samara, Nijeqorod, Tula və Volqoqrda vilayətləri Azərbaycanın daha aktiv tərəfdaşlarıdır".

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 755,45 milyon dollar təşkil edib. Rusiyadan ölkəyə 512,83 milyon dollarlıq mal idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti