...

QKDK tərəfindən "Caspian Financial Ltd" MMC-nin lisenziya fəaliyyəti dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2014 15:13 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Caspian Financial Ltd” Məhdud Məsuliyyətli Cəmiyyətinə diler fəaliyyəti üçün verilmiş lisenziya dayandırılıb.
QKDK tərəfindən "Caspian Financial Ltd" MMC-nin lisenziya fəaliyyəti dayandırılıb

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Caspian Financial Ltd" Məhdud Məsuliyyətli Cəmiyyətinə diler fəaliyyəti üçün verilmiş lisenziya dayandırılıb.

QKDK-nın İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, beləliklə, hazırda qiymətli kağızlar bazarında 15 broker fəaliyyəti, 14 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 2 təşkilatın xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti