...

"Fitch" agentliyi "Azərbaycan Dəmir Yolları" QSC-nin reytinqini sabit proqnoz ilə təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2014 12:59 (UTC +04:00)
"Fitch Ratings" beynəlxaql reytinq agentliyi "Azərbaycan Dəmir Yolları" QSC-nin uzunmüddətli defolt emitenti reytinqini "BBB-" səviyyəsində, "sabit" proqnoz ilə təsdiqləyib.
"Fitch" agentliyi "Azərbaycan Dəmir Yolları" QSC-nin reytinqini sabit proqnoz ilə təsdiqləyib

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Emin Əliyev/

"Fitch Ratings" beynəlxaql reytinq agentliyi "Azərbaycan Dəmir Yolları" QSC-nin uzunmüddətli defolt emitenti reytinqini "BBB-" səviyyəsində, "sabit" proqnoz ilə təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə agentliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumatda deyilir: "QSC-nin reytinqi əvvəlki kimi şirkətin yeganə səhmdarı olan Azərbaycan hökumətinin reytinqi ilə eyni səviyyədədir ki, bu da dövlətlə kifayət qədər güclü əlaqələrin saxlanılmasını əks etdirir. "Fitch"in belə qiymətləndirməsi şirkətin dövlət üçün əhəmiyyətini, eləcə də neft məhsullarının və neftin nəqlində, ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verən yüklərin ixracında yüksək əhəmiyyətini diqqətə çatdırır. Bundan başqa, "Fitch" tarif əmələgətirmədə, əsaslı yatırımların planlaşdırılmasında, maliyyədə və biznes-strategiyalar və maliyyələşdirmədə hökumətin iştirakına görə əsas və törəmə strukturların əməliyyat əlaqələrini güclü kimi qiymətləndirir".

"Fitch" gözləyir ki, QSC yaxın gələcəkdə dövlətin 100 faizlik mülkiyyəti olaraq qalacaq. Lakin agentlik şirkətin borcunun dövlət zəmanətinə malik olmadığını qeyd edir: "QSC-nin 2014-2017-ci illər üzrə 1,4 milyard manat həcmində cari investisiya proqramı 2010-cu ildə ölkənin Nəqliyyat Nazirliyi tərəfindən irəli sürülüb. Azərbaycan hökuməti investisiya proqramının əhəmiyyətli hissəsini QSC-yə dövlət tərəfindən borc vermək (390 milyon manat) formasında kreditlər və şirkətin kapitalına ödəmələr vasitəsilə maliyyələşdirməyi davam etdirir. Yerdə qalan hissə isə gözlənildiyi kimi, QSC-nin pul axınları hesabına maliyyələşdiriləcək. Biz buna dövlətin mövcud dəstəyinin sübutunun davam etdirilməsi kimi baxırıq. Güman edilən maliyyələşdirmə şərtlərinin dəyişəcəyi halda "Fitch" QSC üçün dövlət dəstəyini dərəcəsinə öz qiymətləndirməsinə yenidən baxa bilər".

Agentliyin analitikləri qeyd edirlər ki, ötən il səhmdar cəmiyyətin gəliri hesabata görə, inişilə nisbətən 5,7 faiz artaraq 534 milyon manat olub.

Məlumatda deyilir: "Şirkətin EBITDA (əsas fəaliyyətdən mənfəətin göstəricisi) 235 milyon manat çatıb ki, bu da 2012-ci ildəki 41 faiz ilə müqayisədə EBITDA-nin 44 faizlik həddini şərtləndirir. Yük daşımalarında gəlir əsas yeri tutmaqda davam edir və 360 milyon manat səviyyəsində olan bütün gəlirin 67 faizə yaxınını təşkil edir. Biz 2015-ci ildə Bakıdan İstanbula, daha sonra isə Avropaya daşınmaların həyata keçirilməsinə imkan verəcək Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasından sonra dəmir yol daşımalarının həcminin artacağını gözləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti