...

"Excelsior Hotel Baku" PR mövzusunda təlim keçirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2014 18:05 (UTC +04:00)
İyulun 4-də “Excelsior Hotel Baku” hoteli ali məktəblərin yuxarı kurs tələbələrinə PR mövzusunda təlim keçirdi.
"Excelsior Hotel Baku" PR mövzusunda təlim keçirdi (FOTO)

Azərbaycan, Bakı, 7 iyul /Trend/

İyulun 4-də "Excelsior Hotel Baku" hoteli ali məktəblərin yuxarı kurs tələbələrinə PR mövzusunda təlim keçirdi. Təlim "Excelsior Hotel Baku" hotelinin Marketinq Departamentinin direktoru Damla Bayık və "AtaHolding" ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tərəfindən keçirildi.

Təlimdə PR texnologiyaları, PR-əlaqələrin strateji əhəmiyyəti, imic və nüfuzun müqayisəli təhlili, böhranlı kommunikasiyaların idarə edilməsi, ölkəmizdə ictimai əlaqələrin qurulması xüsusiyyətləri haqqında danışıldı.

"AtaHolding"in Kommunikasiya şöbəsinin rəisi D.Zamanova təlimdə xüsusi vurğuladı ki, PR şirkətin nüfuzunun idarə edilməsinin başlıca alətidir və PR kommunikasiyalar şirkətin formalaşmasına və onun nüfuzunun qorunmasına təsir edir: "Nüfuzun idarə edilməsi - təşkilatın real nailiyyətlərinə əsaslanan və onun perspektiv inkişafına yönəldilən nüfuzunun formalaşması, müdafiəsi və qorunması üzrə tədbirlər kompleksidir. Nüfuz yalnız şirkət haqqında müxtəlif informasiya auditoriyaları tərəfindən əldə edilmiş, bazar iqtisadiyyatının baza kateqoriyasına çevrilmiş, bir çox amillərdən asılı olan və çoxlu parametrlərinə görə qiymətləndirilən kommunikasiya prosesində formalaşır. Bu keyfiyyət onun əlavə səhmdar dəyəri yaratmaq qabiliyyətinə əsaslanır. Məhz buna görə PR-da bu istiqamət hazırda fəal inkişaf edir və Azərbaycanda ictimaiyyətlə əlaqələrin inkişafına təkan verir.

Təlimdə "AtaSığorta" ASC-nin PR nümayəndəsi və digər PR ekspertlər də çıxış etdilər.

"Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Hotel 1 "İmperial" - lyuks, "Royal" - lyuks, 4 "Crown" - lyuks, 45 "Heritage" - delyuks, 9 "Duke" - standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və s.-dən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti