...

Azərbaycanda ötən ay 6 minə yaxın vergi qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2014 17:57 (UTC +04:00)
2013-cü ilin iyun ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergiödəyicilərin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5765 vergiödəyicidə qanunvericiliyin pozulması faktları aşkar edilib.
Azərbaycanda ötən ay 6 minə yaxın vergi qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Emin Əliyev/

2013-cü ilin iyun ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergiödəyicilərin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5765 vergiödəyicidə qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2662 vergiödəyici tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 731 vergiödəyici tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 194 vergiödəyicinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 1263 vergiödəyicinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 378 vergiödəyici tərəfindən 587 fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 319 vergiödəyici tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 153 vergiödəyicidə aksiz markaları ilə müvafiq qaydada markalanmamış 1630 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti