...

Azərbaycandakı brokerlərin işləyən assosiasiyaya ehtiyacı var

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2014 11:59 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən broker şirkətləri və Bakı Fond Birjası artıq Azərbaycan Brokerlər Assosasiyasının aktiv fəaliyyətinin bərpasının vaxtı gəlib çatdığını düşünürlər.
Azərbaycandakı brokerlərin işləyən assosiasiyaya ehtiyacı var

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Azərbaycanda fəaliyyət göstərən broker şirkətləri və Bakı Fond Birjası artıq Azərbaycan Brokerlər Assosasiyasının aktiv fəaliyyətinin bərpasının vaxtı gəlib çatdığını düşünürlər. Bu fikri iyunun 27-də broker şirkətlərinin birgə görüşündə InvestAZ, Texnika Kapital Menecment və Çelsi Kapital kimi broker şirkətləri və Bakı Fond Birjasının sədri Fariz Əzizov dəstəkləyiblər.

Brokerlər qeyd edib ki, Azərbaycandakı brokerlərin işləyən assosiasiysına ehtiyacı var. Bazarın inkişafı, problemlərin həll edilməsi üçün broker şirkətlərinin əlaqələndirilməsi, onların təkliflərinin dövlət orqanlarına çatdırılması üçün Assosiasiyanın aktiv fəaliyyəti zəruridir. Assosiasiya səviyyəsində yeni qanunlar işləyib hazırlamaqla brokerlərin qarşısına çıxan çətinlikləri aradan qaldırmaq olar.

Görüşdə iştirak edən Bakı Fond Birjasının İdarə Heyətinin sədri Fariz Əzizov bildirib ki, artıq brokerlərin assosiasiyası mövcuddur və onun aktivləşdirməyin vaxtı gəlib çatıb.

InvestAZ şirkətinin rəhbri Elşən Quliyev bildirib ki, rəhbərlik etdiyi şirkət yer, texniki və kadr imkanlarını Azərbaycan Brokerlər Assosiasiyasının aktiv fəaliyyəti üçün ayırmağa hazırdır. "Biz problemlərimizi bilirik, indi həmin problemləri bir-bir sıralayıb həll etməyin zamanıdır", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti