...

"Caspian Sea Resort"-un potensialı haqqında

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2014 13:54 (UTC +04:00)
"Caspian Sea Resort" otelinin baş direktoru Bəşir Hacıyev otelin imkanlarından bəhs edib.
"Caspian Sea Resort"-un potensialı haqqında

Azərbaycan, Bakı, 16 iyul /Trend/

"Caspian Sea Resort" otelinin baş direktoru Bəşir Hacıyev otelin imkanlarından bəhs edib.

- Otel haqda bizə bəhs edə bilərsinizmi? "Caspian Sea Resort" otelində hansı kateqoriyalı nömrələr təklif olunur? Otelin qonaqları başqa hansı xidmətlərdən faydalana bilər?

-"Caspian Sea Resort" oteli Nabranda qabaqcıl otellərdən biridir. Otel Xəzər dənizinin sahilinə yaxın yerləşir. Oteldən sahilə piyada iki dəqiqəlik körpü ilə yol var. Otel 2008-ci ildən fəaliyyət göstərir. Otelin əsas məqsədi regionlarda turizmin inkişafına töhfə verməkdən, eləcə də xaric qonaqların cəlb olunmasından ibarətdir.

"Caspian Sea Resort" otelində 26 standart nömrə, 2 VİP villa qonaqların qonaqların istifadəsinə verilir. Standart nömrəyə yataq otağı, qonaq otağı və vanna otağı daxildir. Bundan əlavə, hər bir nömrə otel ərazisinə balkonla ilə tamamlanıb.

Otelin ərazisində böyük hovuz, bilyard zalı, stolüstü tennis, peyntbol sahəsi, şəxsi təlimçi ilə fitnes zalı xidmət göstərir. Oteldən velosiped icarəyə götürməklə gəzintiyə çıxmaq mümkündür. Oteldə göstərilən əlavə xidmətlərdən biri kimi kvadrotsikli misal gətirmək olar. Yüksək ixtisaslı və təcrübəli təlimçinin köməyi ilə qonaqlar məharətlə kvadrotsikl sürməyi öyrənə bilər.

- Otelə məxsus restoranlardan bizə bəhs edəsiniz.

-Oteldə iki restoran fəaliyyət göstərir. "La Terrace" restoranında müştərilərə dünya mətbəxinin nümunələri təklif olunur. "Dalğa" restoranı otel qonaqları ilə yanaşı, dəniz mənzərəli rahat atmosferdə unudulmaz axşam keçirmək istəyənlərin xidmətindədir.

"Caspian Sea Resort" qonaqlarına gündə üç dəfə yemək xidməti göstərir. Biz qürurla qonaqlara İsveç stolunu təqdim edirik, belə şəraitdə qonaqlara istədiyi yeməyi istədiyi miqdarda seçmək imkanı verilir. Yeməklərdən əlavə, restoranda spirtli içkilər də sifariş etmək mümkündür. İsveç stolu yalnız otel qonaqlarının xidmətində olmur. Arzu edən hər bir kəs bu restoranın ləziz təamlarından dada bilər. Hovuzun kənarında yerləşən "Pool Bar" hər hansı idman oyunu və yaxud film seyr edərək sərbəst atmosferdə vaxt keçirmək istəyənlər üçün ideal məkandır.

-Oteldə təhlükəsizlik məsələləri necə həll olunur?

Bu məsələ ilə bağlı ilk olaraq onu deyərdim ki, ixtisaslaşmış təhlükəsizlik xidməti otel ərazisinin 24 saat keşiyində durur. Otel və dəniz arasında xüsusi körpü qurulub. Dənizdə çimmək və yaxud sahildə gəzmək istəyən qonaqlar avtomobil yolunun üstündən keçərək sahilə enə bilər. Əminlikdə deyə bilərəm ki, oteldə təhlükəsizlik yüksək səviyyədə təmin olunmuşdur.

- "Caspian Sea Resort" oteli hansı kateqoriyalı insanlar üçün nəzərdə tutulub?

Otelimizin konsepsiyası əsasən ailəvi istirahət və individual şəkildə səyahət edənlərə mükəmməl şəkildə uyğun gəlir. Arzu edənlər müxtəlif tədbirlərin və konfransların keçirilməsi üçün otelimizə müraciət edə bilərlər. Çalışırıq çevik qiymət siyasətinə sadiq qalaq, lakin korporativ turistlərə də individual şəkildə yanaşırıq.

-"Caspian Sea Resort" otelində tədbirlər keçirilirmi?

Ötən tədbirlərdən bəhs edərkən istəyərdim otelin qonaqları üçün təşkil olunmuş muğam və caz axşamlarını misal gətirim. Otelin rəhbərliyi uşaqları da diqqətdən kənarda qoymayıb. Otelin ərazisində yelləncəklər qurulmuş uşaq meydançası mövcuddur. Burada həmçinin uşaqların maraqlı və əyləncəli vaxt keçirməsi üçün "Kids Club" yaradılmışdır. "Caspian Sea Resort" müxtəlif təqdimatların, ad günlərinin, eləcə də toyların keçirilməsi üçün ideal məkandır. Otelin əsasən yay fəslində fəaliyyət göstərməsinə baxmayaraq, burada qeyri-fəsil zamanlarda da tədbirlərin keçirilməsi mümkündür.

Xarici qonaqların otelə cəlb olunması istiqamətində hər hansı tədbirlər görülürmü?

Biz turizm sərgilərində iştirak edirik. Tezəlikcə booking.com saytı ilə əməkdaşlıq qurmuşuq.

Gələcək planlarınızı bizimlə bölüşə bilərsinizmi?

Bir daha qeyd etmək istərdim ki, biz yüksək rəqabət şəraitində belə mövqeyimizi tutmağa və yüksək turist axımının öhdəsindən gəlməyə nail olmuşuq. Zaman keçdikcə otaqların sayı kifayət etmir və qonaqları qəbul etməkdən imtina etməyə məcbur qalırıq. Sonda deyərdim ki "Caspian Sea Resort" istirahət mərkəzi ailəvi istirahət üçün uyğun məkandır. Otelin üstünlüyü yüksək xidmət səviyyəsində, eləcə də əyləncəli zaman keçirmək üçün müxtəlif və geniş imkanlarının olmasındadır. Demək olar ki, bütün sadalananlar müəyyən edilmiş inkişaf strategiyası ilə birgə "Caspian Sea Resort" otelinə Nabranın digər otelləri arasında öz yerini tutmağa imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti