...

Musa Pənahov: Bakı-Poti konteyner qatarının fəaliyyətinin bərpası yükdaşımaların intensivləşməsinə yeni stimul verəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2014 13:33 (UTC +04:00)
Azərbaycan və Gürcüstan Poti-Bakı marşrutu üzrə konteyner qatarının hərəkətini bərpa edib.
Musa Pənahov: Bakı-Poti konteyner qatarının fəaliyyətinin bərpası yükdaşımaların intensivləşməsinə yeni stimul verəcək (FOTO)

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Azərbaycan və Gürcüstan Poti-Bakı marşrutu üzrə konteyner qatarının hərəkətini bərpa edib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə vertilən məlumata görə, 25 konteyner vaqonundan ibarət olan ilk qatar bu gün Keşlə stansiyasına çatıb.

Qatarın təntənəli qarşılanma mərasimində nəqliyyat nazirinin müavini Musa Pənahov çıxış edərək ölkələrimiz arasında əlaqələrin daha da intensiv şəkildə inkişaf etməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsindən danışıb. O, bildirdi ki, Bakı-Poti konteyner qatarının fəaliyyətinin bərpa edilməsi yük daşımalarının intensivləşməsinə yeni stimul verəcək.

"Gürcüstan Dəmir Yolları" SC-nin icraçı direktoru Mamuko Baxtadze çıxış edərək Baku-Poti konteyner qatarının fəaliyyətə başlamasını mühüm hadisə adlandırıb.

"Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" SC-nin törəmə strukturu olan "Trans Caucasus Terminals LLC" şirkəti arasında əldə olunan saziş əsasında konteynerlərin nəql olunması təmin ediləcək.

Konteyner qatarının öz işinə başlaması ilə qəbul edən tərəf öz yükünü 34 saat ərzində ala bilər.

Tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti