...

Mərkəzi Bankda Belarus Milli Bankının nümayəndələri üçün təcrübə mübadiləsi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2014 13:49 (UTC +04:00)
Azərbaycan Respublikası Mərkəzi Bankında İnformasiya texnologiyaları infrastrukturunun beynəlxalq standartlara uyğun olaraq qurulması üzrə təcrübə ilə yaxından tanış olmaq məqsədi ilə Belarus Respublikası Milli Bankının nümayəndə heyəti üçün 16-18 iyul 2014-cü il tarixlərində təcrübə mübadiləsi keçirilmişdir.
Mərkəzi Bankda Belarus Milli Bankının nümayəndələri üçün təcrübə mübadiləsi keçirilib

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Azərbaycan Respublikası Mərkəzi Bankında İnformasiya texnologiyaları infrastrukturunun beynəlxalq standartlara uyğun olaraq qurulması üzrə təcrübə ilə yaxından tanış olmaq məqsədi ilə Belarus Respublikası Milli Bankının nümayəndə heyəti üçün 16-18 iyul 2014-cü il tarixlərində təcrübə mübadiləsi keçirilmişdir.

AMB-dən Trend-ə verilən məlumata görə, görüş zamanı nümayəndə heyətinə Mərkəzi Bankda mövcud İnformasiya texnologiyaları infrastrukturu, onun inkişafı strategiyası və idarə olunması üzrə tətbiq olunan metodologiya və siyasət haqqında ətraflı məlumat verilmişdir.

Daha sonra nümayəndə heyətinə İnformasiya texnologiyaları sahəsində Mərkəzi Bankın 2015-2020-ci illər üzrə inkişaf perspektivləri, "Help Desk" xidmətinin təşkili və insidentlərin idarə olunması üzrə geniş təqdimatlar keçirilmişdir.

Nümayəndə heyəti AMB təcrübəsinin faydalı olduğunu vurğulamış, gələcəkdə də təcrübə mübadiləsinin davam etdirilməsi və müvafiq sahələrdə yardımın göstərilməsinə ümid etdiklərini bildirmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti