...

AİB Azərbaycanda yolların tikintisinə 250 milyon dollar ayrılmasını bəyənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2014 14:14 (UTC +04:00)
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Masallı-Şorsulu avtomobil yolununun tikintisinə 250 milyon dollar həcmində kreditin ayrılmasını bəyənib.
AİB Azərbaycanda yolların tikintisinə 250 milyon dollar ayrılmasını bəyənib

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Emil İsmayılov/

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Masallı-Şorsulu avtomobil yolununun tikintisinə 250 milyon dollar həcmində kreditin ayrılmasını bəyənib.

Trend-in AİB-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu layihənin ümumi dəyəri 332 milyon dollardır. Bu vəsaitin 82 milyon dolları dövlətin layihədə iştirak payına düşür.

AİB bu layihənin reallaşdırılmasına ölkədə avtomobil yollarının tikintisi üçün nəzərdə tutulmuş II multitranş maliyyə paketi (MFF) çərçivəsində qalan kredit resurslarını ayırıb. 2012-ci ilin noyabrında təsdiqlənmiş paketin dəyəri I MFF-də olduğu kimi 500 milyon dollar təşkil edir.

Uzunluğu 63 kilometr olan Masallı-Şorsulu avtomobil magistralı iki hissədən - Masallı-Cəlilabad (32,2 kilometr) və Cəlilabad-Şorsuludan (Salyan rayonunda) ibarətdir. Layihənin ümumi dəyəri 625 milyon dollardır ki, bunun da 125 milyon dolları ölkə hökuməti tərəfindən təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti