...

Mahmud Vaezi: İran Azərbaycanla iqtisadi əməkdaşığını gücləndirmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2014 02:31 (UTC +04:00)
Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının 9-cu iclasında iştirak etmək üçün İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti bazar ertəsi günü Bakıya gəlib.
Mahmud Vaezi: İran Azərbaycanla iqtisadi əməkdaşığını gücləndirmək istəyir

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir T.Cəfərov/

Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının 9-cu iclasında iştirak etmək üçün İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti bazar ertəsi Bakıya gəlib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyi məlumat verib.

M.Vaezini hava limanında Azərbaycanın İqtisadiyyat və Sənaye nazirinin müavini Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.

Nazir Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının iclasında iştirak etmək məqsədilə 60 nəfərlik heyətlə Bakıya səfər edib. Nümayəndə heyətinin tərkibində həm özəl, həm də dövlət sektorunun nümayəndələri var.

M.Vaezi hava limanında jurnalistlərə bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İrana səfərindən sonra iki ölkənin münasibətlərində hərtərəfli əməkdaşlıq üçün yeni bir səhifə açılıb və qərara alınıb ki, müştərək komissiyanın iclası keçirilsin.

O, əlavə edib ki, onun Bakıya səfərindən məqsədi iki ölkənin özəl sektorlarında çalışan şirkətlərin əməkdaşlıqlarının gücləndirilməsi, sərhəd zonasında yerləşən əyalətlər arasında və ümumilikdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın artırılmasıdır.

Nazir həmçinin qeyd edib ki, hər iki ölkə əlaqələrin inkişaf etdirilməsində ciddidir və İran Azərbaycanla əlaqələrin hərtərəfli inkişaf etdirmək istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti