...

AİB Bakıda şəhər nəqliyyatının inkişafı üzrə investisiya proqramının hazırlanmasını yekunlaşdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2014 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

Cari ilin dekabrında Asiya İnkişaf Bankının (AİB) Bakının dayanıqlı şəhər nəqliyyatı üzrə investisiya proqramı çərçivəsində yekun hesabatın hazırlanması gözlənilir.

Trend-in bakın məlumatına istinadən verdiyi xəbərə görə, bu barədə AİB-in şəhərsalma üzrə mütəxəssisi Devid Marqonşternin başçılığı ilə bankın məsləhətçilər qrupunun Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndələri ilə görüşündə qeyd edilib.

Görüşdə, həmçinin yekun hesabatın ilkin variantı təqdim olunub. Tərəflər Bakıda ictimai nəqliyyatın strategiyasını, şəhərdaxili dəmir yol nəqliyyatının inkişafı, avtobuslar vasitəsilə kütləvi və sürətli tranzit sisteminin yaradılmasını, şəhər avtobus sisteminin yenidən qurulmasını, avtobus dayanacıqlarının idarə edilməsini, paytaxt yol şəbəkəsi və əsas yol ayırıcılarının təkmilləşdirilməsi məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, AİB investisiya proqramının maliyyələşdirilməsinə 300 milyon dollar ayırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti