Azərbaycan, Bakı, 16 sentyabr /Trend/
MDB və Baltikyanı ölkələrin dəmiryol idarələrinin səlahiyyətli nümayəndələrinin növbəti - 62-ci iclası Azərbaycanda keçiriləcək.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə qərar Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilmiş MDB və Baltikyanı ölkələrin Dəmr Yolu Nəqliyyatı Şurasının 61-ci iclasında qəbul edilib.
İclasın Azərbaycanda cari iln oktyabrında keçiriləcəyi gözlənilir. Qırğzıstandakı iclasda 2015-2016-cı illərdə birbaşa beynəlxalq xətlər üzrə MDB və Baltikyanı ölkələrdə sərnişin qatlarlarının hərəkət cədvəlinin tərtibi, sərnişindaşımanın təşkilində problemlərin aradan qaldırılması və s. məsələlər müzakirə olunub.
İclasın yekunu üzrə protokol imzalanıb.