Azərbaycan, Bakı, 16 sentyabr /Trend/
"Milli Depozit Mərkəzi" QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Əliyev Araz İsmayıl oğlu "Milli Depozit Mərkəzi" QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Əliyev Araz İsmayıl oğlu 1960-cı ildə anadan olub. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Maliyyə-kredit", 1995-ci ildə isə Bakı Dövlət Universitetini "Hüquqşünas" ixtisası üzrə bitirib. O, 1977-ci ildən əmək fəaliyyətinə başlayıb, bu illər ərzində bank sferasında müxtəlif vəzifələrdə çalışıb.
Ailəlidir, üç övladı var.