...

MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası Bakıda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2014 16:33 (UTC +04:00)
21-22 oktyabr 2014-cü ildə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının növbəti - 61-ci iclası Bakıda keçiriləcək.
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

21-22 oktyabr 2014-cü ildə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının növbəti - 61-ci iclası Bakıda keçiriləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib: Şuranın 60-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2014-cü ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki haqqında; 2014-cü ilin may ayında keçirilmiş yük vaqonlarının və 2014-cü ilin sentyabr ayında keçirilmiş konteynerlərin əvvəlcədən siyahıyaalınmasının yekunları haqqında; 2014-cü ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında; yük vaqonları parkının vahid idarəetmə sistemi üzrə əldə olunan razılığın yerinə yetirilməsi haqqında; 2015-ci fraxt ilində beynəlxalq istiqamətdə dəmir yolu ilə yükdaşımada tarif siyasəti haqqında; beynəlxalq sərnişindaşıma üzrə MDB dövlətləri, həmçinin Gürcüstan, Latviya, Litva və Estoniya respublikaları arasında bağlanan razılığa əlavə və dəyişikliklər edilməsi haqqında; Şura müdiriyyətinin 2015-ci ildə fəaliyyətinin təmin olunması üçün xərclər smetası haqqında; dəmir yolu administrasiyaları məlumat-hesablama mərkəzlərinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi üzrə təsdiq edilmiş smeta haqqında; "Fəxri dəmiryolçu" döş nişanının bölgüsü haqqında; Şuranın 62-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən isə Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü kimi bu qurumların toplantılarında təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti