...

"Bank Technique" beynəlxalq IAIR Awards mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2014 11:45 (UTC +04:00)
“Bank Technique” ASC, ardıcıl olaraq, ikinci dəfədir ki, «Excellence in Banking / Azerbaijan» (Bankçılıqda mükəmməllik / Azərbaycan) nominasiyası üzrə ən yaxşı maliyyə institutu adına layiq görülüb. Qeyd edək ki, mükafat İtaliyanın nüfuzlu «IAIR» iqtisadi-maliyyə jurnalı tərəfindən təsis edilib.
"Bank Technique" beynəlxalq IAIR Awards mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

"Bank Technique" ASC, ardıcıl olaraq, ikinci dəfədir ki, "Excellence in Banking / Azerbaijan" (Bankçılıqda mükəmməllik / Azərbaycan) nominasiyası üzrə ən yaxşı maliyyə institutu adına layiq görülüb. Qeyd edək ki, mükafat İtaliyanın nüfuzlu "IAIR" iqtisadi-maliyyə jurnalı tərəfindən təsis edilib.

Milan şəhərində təşkil edilmiş mükafatlandırılma mərasimində dünya üzrə 50-dən çox şirkət nümayəndəsi iştirak edib. Tədbirdə çıxış edən "Bank Technique"in Baş direktoru Kamran Axundov Banka verilmiş yüksək qiymətə görə jurnal rəhbərliyinə minnətdarlığını bildirib.

"Ardıcıl olaraq, ikinci il "Bank Technique"in Azərbaycanda ən yaxşı maliyyə institutu seçilməsi özü-özlüyündə davamlı inkişafı təcəssüm etdirir. Qabaqcıl bank xidmətlərinin göstərilməsi ilə əks olunan üstünlüyümüz gələcəkdə də davam etdiriləcək", - deyə Kamran Axundov əlavə edib.

Beynəlxalq IAIR mükafatı dünyada mötəbər mükafatlardan hesab edilir. Ayrı-ayrı illərdə mükafat "Deutsche Bank", "HSBC", "JP Morgan Chase" kimi iri bank qruplarına təqdim edilib. 2014-cü il üzrə MDB məkanında mükafat yalnız Azərbaycan bank təmsilçisi - "Bank Technique"ə verilib.

Qeyd edək ki, ümumilikdə son iki il ərzində "Bank Technique" müxtəlif nominasiyalar üzrə sayca 4-ü beynəlxalq mükafata layiq görülüb.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"in 29 filial və 26 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti