...

"Mazda"nın reklamında da "əmma" var

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2014 17:33 (UTC +04:00)
Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Mazda CX-9” markalı avtomobilin “İndi Mazda CX-9-u illik 0% kreditə əldə etmək mümkündür” məzmunlu reklamında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və bilərəkdən yalan reklam əlamətləri aşkar edilib.
"Mazda"nın reklamında da "əmma" var

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı "Mazda CX-9" markalı avtomobilin "İndi Mazda CX-9-u illik 0% kreditə əldə etmək mümkündür" məzmunlu reklamında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və bilərəkdən yalan reklam əlamətləri aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar reklamın sifarişçisi olan "Rotary Motors" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İşə baxılması zamanı qeyd olunan məzmunlu reklamda "Mazda CX-9" markalı avtomobilin kreditlə əldə edilməsi üçün 40% ilkin ödənişin tələb edilməsi barədə informasiyanın gizlədildiyi, eləcə də reklamın yayımlandığı dövrdə avtomobilin nağd satış qiymətinin kreditlə satış qiymətindən aşağı olduğu halda, reklamda avtomobilin kreditlə satış qiymətinə faiz tətbiq edilməməsi təsəvvürünün yaradıldığı müəyyən edilib.

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə "Mazda CX-9" markalı avtomobillərin satışını həyata keçirən və qeyd olunan reklamların sifarişçisi qeyd "Rotary Motors" MMC-yə 13,5 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, bundan əvvəl "Audi" və "Volkswagen" avtomobillərinin reklamında da istehlakçıların çaşdırılmasına səbəb olan əlamətlər aşkar edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti