...

Azərbaycanın korporativ qiymətli kağızlar bazarı 3,5 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2014 13:21 (UTC +04:00)
2014-cü ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 1,3 dəfə artaraq 7,543 milyard manat təşkil edib.
Azərbaycanın korporativ qiymətli kağızlar bazarı 3,5 dəfə artıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir Azad Həsənli/

2014-cü ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 1,3 dəfə artaraq 7,543 milyard manat təşkil edib. Bu barədə Trend-ə BFB-dən məlumat verilib.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 4,082 milyard manat (14,87 faiz azalma) təşkil edib. Korporativ qiymətli kağızlar bazarının dövriyyəsi isə 3,46 milyard manat (3,5 dəfə artım) olub.

Korporativ və dövlət sektorları üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2014-cü ilin yanvar-oktyabr ayları):

Bazarın seqmentləri

2014-cü il 31 oktyabr

2013-cü il 31 oktyabr

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Dİ (AR MN) - (yerləşdirmə)

69 860 232,28

27

81 353 079,68

43

85,87%

Dİ (AR MN) -

(təkrar bazar)

22 277 144,13

15

28 517 228,09

11

78,12%

Notlar (AR MB) - (yerləşdirmə)

138 069 570,70

43

259 862 229,59

95

53,13%

Notlar (AR MB) -

(təkrar bazar)

312 808 572,68

24

43 955 612,02

4

711,65%

Repo əməliyyatları

3 539 309 209,90

296

4 381 699 744,68

430

80,77%

DQK bazarı cəmi

4 082 324 729,69

405

4 795 387 894

583

85,13%

Korporativ istiqrazlar - (yerləşdirmə)

1 894 359 171,94

84

93 636 359,60

67

2023,10%

Korporativ istiqrazlar - (təkrar bazar)

725 229 736,87

280

528 202 337,28

162

137,30%

Səhmlər - (yerləşdirmə)

837 314 462,10

600

350 465 609,69

292

238,91%

Səhmlər - (təkrar bazar)

3 897 628,87

3,891

14 602 393,78

2,970

26,69%

KQK bazarı cəmi

3 460 800 999,78

4,855

986 906 700,35

3,491

350,67%

Cəmi

7 543 125 729,47

5,260

5 782 294 594,41

4,074

130,45%

Məqalədə:
Xəbər lenti

Xəbər lenti