...

Azərbaycan sığortaçıları rəsmi avtoservislərdə təmirin əleyhinədirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2014 18:18 (UTC +04:00)
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcbari sığorta növləri üzrə komitəsinin növbəti iclası keçirilib.
Azərbaycan sığortaçıları rəsmi avtoservislərdə təmirin əleyhinədirlər

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcbari sığorta növləri üzrə komitəsinin növbəti iclası keçirilib.

Trend-in ASA-ya istinadən verdiyi məlumata görə, iclasda Azərbaycanda yaradılmış Sığorta Təlimi Mərkəzinin (STM) 1 illik strateji planı müzakirə edilib, təklif və rəylər nəzərdən keçirilib, STM-in əsas fəaliyyət istiqamətləri müəyyən edilib.

Bundan başqa, iclas iştirakçıları zəmanəti olan avtomobillərin təmirinin sığorta şirkətlərinə yaratdığı problemi də müzakirə ediblər. Bildirilib ki, əsasən avtomobillərin icbari sığortasında şirkətlərdən maşına dəymiş istənilən ziyanın rəsmi avtoservisdə aradan qaldırılması tələb olunur. Bu isə sığortaçının xərcini artırır. Çünki adi servislərlə müqayisədə rəsmi servislərdə təmir xərcləri yüksəkdir. Halbuki bəzi problemləri adi servisdə də aradan qaldırmaq olar. Bu məsələnin avtoservislərlə və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası ilə müzakirə edilməsinə qərar verilib.

ASA-nın iclasında qurumun sədri Orxan Bayramov, hüquqşünası Cavid Məhərrəmov, İcbari sığorta növləri üzrə komitənin sədri - "PAŞA Sığorta" şirkətinin İdarə Heyətinin üzvü Tural Əliyev, "Standard Insurance"dan Rauf Əliyev, "AZSIĞORTA" şirkətinin təlim üzrə meneceri Şükür Hüseynov, "Atəşgah Sığorta" şirkətinin Əməliyyat idarəsinin rəisi Tahir Kazımov, "AXA MBASK" sığorta şirkətinin Anderraytinq və təkrarsığorta departamentinin baş mütəxəssisi Əfsanə Eyvazova, "Azərbaycan Sənaye Sığorta" şirkətinin Daxili nəzarət şöbəsinin müdiri Əmir Həsənov, "İpək Yolu Sığorta" şirkətinin Sığorta departamentinin direktor müavini Fərid Kazımov, "AtaSığorta" şirkətinin İdarə Heyətinin üzvü Ramil Abdullayev, "Meqa Sığorta" şirkətinin Əməliyyat şöbəsinin müdiri Fuad Eyvazov və İddiaların tənzimlənməsi departamentinin rəhbəri Samid Mirzəyev iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti