Azərbaycan, Bakı, 13 mart /Trend/
Ekspert Fərhad Əmirbəyov
İctimai-siyasi vəziyyətin sabitləşməsindən sonra, Azərbaycan 1990-cı illərin ortalarından iqtisadi islahatların həyata keçirilməsinə başladı. Bu islahatlar bilalvasitə Beynəlxalq valyuta fondunun (BVF) və digər Beynəlxalq maliyyə təşkilatlarının (BMT) iştirakı ilə Vaşinqton konsensusunun bazasında keçirilirdi. (1).
Beynəlxalq birlik, inkişaf edən ölkələrin hökümətlərinə maliyyə və metodoloji köməyi göstərərək, eyni zamanda bilalvasitə xarici investisiyaların axını üçün əlverişli şərait yaratmağa çalışır. Ekspertlərin fikrincə, bu amil ölkəyə yeni texnologiyalar gətirməlidir, idarəetmə metodlarını dəyişməlidirlər və nəhayət, resipiyent-ölkənin iqtisadiyyatını dünya əmək bölgüsünə daxil etməlidir, nəticədə bu vətəndaşların rifahını artıracaq.
BMT tövsiyyələrinə riayət edərək, Azərbaycan tez bir zamanda makroiqtisadi sabitliyə nail ola bildi. 1990-cı illərin ortalarında keçirilən iqtisadi islahatlarından ən çox səmərəni iqtisadiyyatın neft-və qazçıxarma sahələri, mehmanxana sektoru, ticarət və daşınmaz əmlak sektoru kimi sahələr gördülər. XXI əsrin ilk onilliyində böyümüş tikinti sektoru və dövlət investisiyaların milli infrastukturuna artımı müxtəlif tikinti materiallarının istehsalatlarının yaradılmasını gəlirli etdi.
İnvestorlara üstünlük verilməsində olan irəliləyiş investisyaların inkişafı ilə izah edilir. Belə ki, əgər 2005-ci ildə Azərbaycanın çıxarma sənayesi bütün investisiyaların 65,2% resipiyenti (alıcısı) oldu, 2013-cü ildə Azərbaycan investisiyaların cəmi 27% ( faizinin) alıcısı oldu.
2012-ci ildə neftçıxarmanın ən yüksək nöqtəsinə çatması və o vaxtdan müşahidə olunan çıxarmanın dayanmadan azalması o deməkdir ki, azərbaycan iqtisadiyyatında monomədəni xammal və ixrac-iqstiqamətlənmiş modelin digər modelə dəyişilməsi baş verir. Sonrakı iqtisadi modelin seçimi təxminən 40-50 ilə planlaşdırma qorizontu ilə uzunmüddətli strategiya məsələsidir.
Öz növbəsində, 5-10 il müddətinə hərəkət planı və göstəriçiləri əldə etmək lazımdır. Bu cür zaman və ehtiyat miqyaslarda biznesdən planlaşdırma və hərəkət etmək hazırlığını gözləmək sadəlöhvlük olardı. Biznes ancaq bütövlükdə iqtisadiyyatın və ümumiyyətlə cəmiyyətin müasirləşməsinin dövlət siyasətinin dairəsində olaraq səmərəli işləyə bilər.
Dövlətin əsas strateji məsələlərinə baxaq. Onlara ilk növbədə əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəlməsini və həmçinin geosiyasi və müdafiə məsələlərinin həllini aid etmək olar. Bu məsələlərin həll edilməsi üçün dövlət və sahibkarlıq cəlbedici sahibkarlıq iqlimi yaratmağa, insan kapitalını inkişaf etdirməyə, keyfiyyətli idarəetmə və qarşılıqlı əlaqə əsasında rəqabət bacarıqlı və şaxələndirlimiş iqtisadiyyat yaratmağa çalışmalıdırlar. Belə olan halda dövlət investisiya stateqiyası bir milli meqalayihə olur.
Dövlət idarəetmə sistemində və ya xüsusi (və ya dövlət) biznesində çalışan və ümumi meqalayihəyə mühüm əmək qoyan hər bir şəxs dövlət mükafatları ilə qeyd olunmalıdır.
İnkişaf edən ölkələri şərti olaraq bir neçə qrupa bölmək olar.
1. "Yetişən iqtisadiyyatı" olan ölkələr. Onlara elmi-texniki inkişafa görə və adambaşına düşən ÜDM üzrə təhlil edilə bilən gələcəkdə (30-40 il) dünyanın qabaqçıl ölkələrinə (G7 qrup ölkələri, Cənubi Koreya, Sinqapur, İrlandiya, Danimarka, Finlandiya və başqaları) yaxınlaşmağa çalışan ölkələri aid etmək olar (Çin, Rusiya, Braziliya, Türkiyə, Meksika, Malayziya bə başqaları). Onların strateqiyalarının əsasında ilk növbədə milli iqtisadiyyatın inkişafı, elmin inkişafı üçün və gələcəkdə xüsusi texnologiyaların işlənilməsi üçün əsas kimi xidmət edən qabaqçıl ölkələrdən xarici texnologiyaların əldə edilməsi (həm qanuni, həm icazəsiz) durur. Bu ölkələr müasir elm və təhsil sistemini inkişaf etdirməyə çalışırlar və bütün mənbələrdən investisiya payı milli ÜDM-un 40 % ( faizi) qədər təşkil edir.
2. İnkişaf edən ölkələr. Bu qrupa xüsusi təkəbbürə malik olmayan ölkələri aid etmək olar. İqtisadiyyatın orta artımı onları tam qane edir, onlar xüsusi texnologiyaları hazırlamağa çalışmırlar. Təhsilin keyfiyyəti ümumilikdə yüksəkdir, elm ilə məşqul olmaq istəyən insanlar isə digər ölkələrə köçməyə üstünlük verirlər, yəni beyin "axını" adi haldır. Bütövlükdə belə ölkələr yetərincə yüksək olan tələbat səviyyəsini saxlamağa çalışırlar, onlar sabit regionlarda yerləşirlər, qonşularla əziyyətli münaqişələri yoxdur və hərbi blokların üzvləridirlər. Bu ölkələrin silahlı güvvələri azsaylıdırlar və ciddi ictimai müdafiə institutundan daha çox hər hansı tarixi rudimentdir
3. Zəif inkişaf etmiş ölkələr. Bu zəif səviyyədə inkişaf etmiş insan kapitalı və sənaye dövründən əvvəlki dövrün iqtisadiyyat strukturu olan ölkələrdir. Bu ölkələr qrupu faktiki olaraq ya inkişaf strateqiyasına və ya onu icra etmək üçün iradəyə malik deyil.
Çox tez-tez Çənub-Şərqi Asiyanın bir sıra ölkələri (Yaponiya, Cənubi Koreya, Tayvan) Azərbaycanı nümunə kimi gətirirlər. Bu cür rəylərə mən böyük bir şübhə ilə yanaşıram. İş ondadır ki, adları yuxarıda qeyd edilən asiya ölkələrinin iqtisadiyyatının "yüksəlişi" baş verilən tarixi şəraiti və ABŞ tərəfindən onlar üçün yaranan o xüsusi ticarət rejimini nəzərə almaq lazımdır. İqtisadi yüksəlişə üstünlük verərək, bu ölkələr xarici güvvənin xeyrinə öz müstəqilliklərinin xeyli hissəsindən imtina etdilər. Üstəlik bütün bu ölkələr Dünya okeanın sahilində yerləşirlər, bu da logistikanın qiymətinə mühüm dərəcədə təsir edir. Buna baxmayaraq, bu ölkələrin uğur reseptini, onların təcrübəsini bilmək vacibdir. Bu ölkələrin təcrübəsinin nəyi göstərdiyini baxaq. O isə bu təcrübəyə ehtiyatların güclü dövlət tənzimləməsi və eksport-istiqamətlənmiş sahələrinin inkişafında toplanması sayəsində nail olunması haqqında deyir. Məsələn, Yaponiya, Tayvan və Sinqapur yüngül sənayenin inkişafından başladırlar, Yaponiya isə yanaşı olaraq ağır sənayeni də inkişaf etdirə bilib.
Sonradan, iqtisadi stimullar və dövlət planlaşdırmasının sayəsində, Yaponiya, Çin, Tayvan, Cənubi Koreya investisiya axının istiqamətini maşınqayırmaya, avtomobil, elektron sənayelərinə, kompüter istehsalına dəyişdilər. Yəni, yüksək əlavə dəyərli və yüksək eksport potensialı olan sahələrə. Planşaldırma vaxtı-vaxtında iqtisadiyyatın tələbatlarına uyğun kadrları hazırlamağa imkan verirdi. Buradan həm aşağı səviyyədə olan işsizlik, həm insanların sabaha olan inamı irəli gəlir, bu da istehlakı stimullaşdırır. Öz iqtisadiyyatlarının artımını Malayziya və Tayland ənənəvi istehsalatların dəstəklənməsindən və xarici texnologiyalar bazasında məişət texnikasının və tamamlayıcıların buraxılışından başlayırlar.
Mən planlaşdırma məsələsində ayrıca dayanmaq istəyərdim. SSRİ dağılmasından sonra ictimaiyyətdə elə bir fikir möhkəmlənib ki, təsərrüfat həyatının planşaldırılması anaxronizmdır, bazarın güvvəsinvə və səmərəliliyinə xəyali inam yarandı. Sözsüz bazar səmərəlidir, lakin hər şeyə qadir deyil. Əgər cəmiyyət uğur əldə etmək istəyirsə, o ehtiyatlarını səfərbər etməlidir və məqsədlərə nail olmaq üçün onlardan istifadə etməlidir. Strateji məqsədlərini razılaşdırmadan, qarşıda qoyulan məqsədlərin müddətlərini və onlara nail olmağının dəyərlərini müəyyən etmədən uğur qazanmaq mümkün deyil. Həm elit səviyyədə, həm biznes və cəmiyyət səviyyəsində razılaşdırılmış siyasi və iqtisadi üstünlükləri müəyyən etmədən uğur qazanmaq mümkün deyil. Bu ictimai müqavilə adlanır. (2).
Məqsədlər siyahısında təbii ekvivalentlər (ədədlər, kilometrlər, iş yerlərinin sayı, əmək haqqının artırılması və s.) qədər ancaq pul (qəpikləşdirilmiş) ekvivalentini qeyd etmək lazım olmur, bu iqtisadiyyatda və ümumiyyətlə cəmiyyətdə baş vermiş keyfiyyət dəyişiliklərinə qiymət verməyə imkan verir. Məsələn, Cənubi Koreya istehsalat tapşırıqlarını və onları yerinə yetirmək müddətlərini müəyyən etməklə mərkəzləşmiş planlaşdırılma (orta- və uzunmüddətli planlar və məqsədli proqramlar) tətbiq edirdi. Hökümət kiçik və orta sahibkarlığın yaranması və inkişafı üçün şərait yaradaraq və onları monopoliyalar tərəfindən udulmasından qoruyaraq, beşillik (!) planlar çərçivəsində xarici kapitalın nəhəng müəssisələri üçün iqtisadiyyatın hansı sahələrin açıq olduğunu, hansıların isə bağlı olduğunu qeyd edirdi. Belə strateqiya vətəndaş cəmiyyətinin yaranması və inkişafı üçün təməl qoyur. (3).
Yuxarıda qeyd edilən ölkələrdən fərqli olaraq, Azərbaycanın kifayət qədər dövlət valyuta ehtiyatları var və o növbəti inkişaf mərhələsinə keçmək üçün lazım olan infrastrukturun qurulmasını başa vurur. Müvəffəqiyyətin digər çox vacib amilləri ictimai sabitlik və kifayət qədər yetişmiş elitdir. Bu mənada Azərbaycanda "vətəndaş-məmur" səviyyəsində məişət korrupsiyası adlanan korrupsiyanı məhv edən əhaliyə xidmət göstərilməsinin vahid dövlət xidmətinin yaranması ("ASAN" xidməti) nümünəvidir.
1. Vaşinqton konsensusu (ing. WashingtonConsensus) -XX əsrin sonunda BVF və ÜB rəhbərliyi tərəfindən maliyyə və iqtsadi böhran keçirən ölkələrdə tətbiq etmək üçün tövsiyyə edilmiş makroiqtisadi siyasət növüdür.
2. İctimai müqavilə - insanlar arasında razılıq nəticəsi kimi vətəndaş çəmiyyətinin, dövlətin, hüququn yaranmasını izah edən nəzəriyyədir. İctimai müqavilə anlayışı onu nəzərdə tutur ki, insanlar müstəqillikdən qismən imtina edəcəklər və onu hüququn hakimiyyəti vasitəsi ilə ictimai quruluşu almaq və ya dəstəkləmək üçün hakimiyyətə və ya digər hökümətə verəcəklər. İctimai müqavilə idarə olunanların onlar idarə olunduğu qaydalar toplusuna razılığı deməkdir. İctimai müqavilə nəzəriyyəsi mühüm tarixi ideyada qanuni dövlət orqanı idarə olunanların razılılğından alınmalı olduğu haqqında əsas prinsipi formalaşdırıb.
3. Vətəndaş çəmiyyəti -azad vətəndaşların və könüllü olaraq assosiasiya və təşkilatların formalaşan özlərini ifadə etdiyi dövlət hakimiyyəti tərəfindən bilavasitə müdaxilədən və sərbəst reqlamentasiyadan asılı olamayan sahədir. Devid İstonun klassik sxeminə uyğun olaraq, vətəndaş cəmiyyəti siyasi sistemə tələblər filtri və cəmiyyətə dəstək kimi çıxış edir. İnkişaf etmiş vətəndaş cəmiyyəti hüquqi hakimiyyətinin qurulmasının ən mühüm şərti və onun eyni hüquqlu partnyorudur. Vətəndaş cəmiyyətini həm qeyri-siyasi əlaqələrin toplusu kimi, yəni hakimiyyət-dövlət strukturlar çərçivəsindən kənar olan içtimai əlaqələrin, lakin dövlətin bir dövlət kimi çərçivəsindən kənarda olmayan bir cəmiyyət kimi müəyyən etmək olar.