...

Rublun çökməsi Rusiyada Azərbaycan Beynəlxalq Bankının aktivlərinin dəyərinə təsir edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2014 14:40 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) rublun məzənnəsinin kəskin şəkildə düşməsi səbəbindən yaxın vaxtlarda Rusiyada “ABB-Moskva” törəmə bankında ciddi problemlər yaranacağını gözləmir.
Rublun çökməsi Rusiyada Azərbaycan Beynəlxalq Bankının aktivlərinin dəyərinə təsir edəcək

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Beynəlxalq Bankı (ABB) rublun məzənnəsinin kəskin şəkildə düşməsi səbəbindən yaxın vaxtlarda Rusiyada "ABB-Moskva" törəmə bankında ciddi problemlər yaranacağını gözləmir. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə ABB-nin baş direktoru Elmir Həbibullayev deyib.

Onun sözlərinə görə, rublun məzənnəsinin dəyişməsi aktivlərin dəyərinə təsir göstərə bilər, lakin törəmə struktura hansısa birbaşa təsir göstərəcəyini gözləməyə dəyməz.

Həbibullayevin qeyd etdiyi kimi, bu gün Azərbaycandan Rusiyaya və əksinə pul köçürmələrinin həcmində hansısa dəyişiklik gözlənilmir: "Bu, müəyyən vaxt başa çatdıqdan sonra, böhran Rusiya iqtisadiyyatına real təsir göstərdikdə, iş yerləri ilə bağlı problemlər yarandıqda mümkündür, lakin hələlik böhran yalnız rublun məzənnəsinə təsir edir".

Bankın baş direktoru əlavə edib ki, belə olan halda "ABB-Moskva" ilkin tədbirlərə əl ata bilər.

Dünən Moskva birjasında avro və dolların məzənnəsi misilsiz volatillik nümayiş etdirərək 25 rubla yaxın diapazonda tərəddüd edib. Avro müəyyən anda 100 rubl, dollar isə 80 rubl səviyyəsinə çatıb. Sessiyaların sonunda rubl əvvəlki ilə müqayisədə əhəmiyyətli dərəcədə möhkəmlənib.

Dekabrın 17-də dolların Mərkəzi Bank tərəfindən müəyyən edilmiş məzənnəsi 2,81 rubl artaraq 61,15 rubl təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti