...

Bakıda il ərzində yeni tikililər bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2014 12:08 (UTC +04:00)
İl ərzində Bakının ilkin mənzil bazarında qiymətlər 22,6 faiz artıb.
Bakıda il ərzində yeni tikililər bahalaşıb

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir Maksim Tsurkov/

İl ərzində Bakının ilkin mənzil bazarında qiymətlər 22,6 faiz artıb. Mənzilin bir kvadratmetri orta hesabla 1080 manat (1377 dollar) olub. Müqayisə üçün: 2013-cü ilin noyabrında Bakının ilkin mənzil bazarında qiymətlər 881 manat (1123 dollar) olub.

Trend xəbər verir ki, bu barədə "MBA Group" şirkətinin hesabatında deyilir.

Hesabata görə, 2014-cü ilin əvvəlində Bakının ilkin mənzil bazarında mənzilin bir kvadratmetrinin dəyəri 16,6 faiz bahalaşıb. Müqayisə üçün, cari ilin yanvar ayında Bakıda ilkin mənzil bazarında mənzilin bir kvadratmetrinin orta qiyməti 926 manat (1181 dollar) olub.

Bazar portfelində ümumi təkliflərin sayı isə 535 ədəd təşkil edir ki, bu da öz növbəsində ötən ay ilə müqayisədə 43,62%, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 0,04% çox olub.

Hesabatda deyilir ki, ilkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 800-1250 AZN/kv.m qiymət aralığında olan mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 45,8%-ni təşkil edir.

Hesabata görə, ilkin bazarda satışa çıxarılan mənzillərin 46 faizi Bakının Yasamal rayonunun, 13 faizi Nəsimi, 11 faizi Xətai, 8 faizi Abşeron, hər biri 6 faiz olmaqla Nərimanov və Binəqədi rayonlarının payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti