...

Azərbaycanda qarlı-buzlu hava sığorta hadisələrinin sayını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2015 19:53 (UTC +04:00)
Azərbaycanda havanın qarlı-buzlu keçməsi ilə əlaqədar sığorta hadisələrinin sayı artıb.
Azərbaycanda qarlı-buzlu hava sığorta hadisələrinin sayını artırıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda havanın qarlı-buzlu keçməsi ilə əlaqədar sığorta hadisələrinin sayı artıb. Bunu Trend-ə "AXA MBASK" şirkətinin Sığorta halları şöbəsinin müdiri Paşa Sultanov deyib.

Onun sözlərinə görə, son iki gündə şirkətə müraciətlərin sayı təqribən 3 dəfə artıb: "Təxminən 40-45 müraciət daxil olub ki, bu da normadan yüksəkdir. Adi günlərdə 10-15 müraciət olur. Müraciətlərin çoxu yol-nəqliyyat hadisələri ilə bağlıdır".

Eyni zamanda, son günlər qeydə alınan şaxtalı hava şəraiti ödənişlərə görə digər şirkətlərə edilən müraciətlərin sayına təsir etməyib.

Şirkətlərin birindən Trend-ə bildiriblər ki, müraciətlərdə xeyli artım və fəallığın yüksəlməsi müşahidə edilmir: "Ola bilsin, bu, sürücülərin zədələnmiş avtomobillər barədə dərhal məlumat verməməsi ilə bağlıdır. Yaxud onlar ictimai nəqliyyatdan istifadə etməyə üstünlük verirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti