"Nağdsız ödənişlər üçün lazımi maddi-texniki baza yaradılıb"

"Nağdsız ödənişlər üçün lazımi maddi-texniki baza yaradılıb"

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Trend vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədovun müsahibəsini təqdim edir.

- İlqar müəllim, ölkəmizdə nağdsız ödəniş sisteminin genişləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat verməyinizi xahiş edirik.

- Bu gün ölkə iqtisadiyyatının müasirləşməsində, şəffaf idarəetmə sisteminin qurulmasında nağdsız ödəniş sisteminin genişləndirilməsinin rolu danılmazdır. Dünya təcrübəsi sübut edir ki, ölkənin maliyyə və sosial-iqtisadi fəaliyyətində hesabatlılığın və şəffaflığın təmin edilməsi sahəsində mühüm tədbirlərdən biri də nağdsız ödəniş sisteminə keçiddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq nağdsız ödəniş sisteminin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əsas məqsədi iqtisadi subyektlər arasında şəffaflığa nail olunmasından, "gizli iqtisadiyyat"ın həcminin azaldılmasından, vergidən yayınma hallarının qarşısının alınmasından ibarətdir. Nəzarətdən kənarda qalan iqtisadi əməliyyatlar bir tərəfdən dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına, digər tərəfdən isə iqtisadi mexanizmlər vasitəsilə dövlət tərəfindən iqtisadi tənzimləmə üsullarının səmərəliliyinin aşağı düşməsinə səbəb olur.

Nağdsız ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, bütövlükdə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır. Nağdsız ödəmə aləti kimi POS-terminallar həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün faydalıdır. Çünki ödəniş məbləğlərinin dəqiq olması və hesablaşmaların rahat aparılması, müştərilərin sayının artırılması, nağd vəsaitlərlə aparılan əməliyyatlarda iş yükünün azaldılması, mal və xidmətlər üzrə hesablaşmalar zamanı təhlükəsizliyin artırılması, şəxsi büdcənin düzgün planlaşdırılması baxımından POS-terminallardan istifadə daha məqsədəuyğundur.

- Vergilər Nazirliyi tərəfindən 2014-cü ildə nağdsız ödəmə avadanlıqları olan POS-terminalların tətbiqinin genişləndirilməsi ilə bağlı ardıcıl işlər aparılır...

- Nağdsız dövriyyənin artırılmasının əsas şərtlərindən biri POS-terminalların tətbiqinin genişləndirilməsidir. Ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, qeydiyyatı, istifadəsi, eləcə də POS-terminalların tətbiqi ilə bağlı digər münasibətlər Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi" qaydaları ilə tənzimlənir.

Banklar tərəfindən verilmiş sifarişlər üzrə təkcə 2014-cü ildə ölkəmizə 60 min ədəd POS-terminal gətirilmişdir. Xüsusilə qeyd etmək istəyirəm ki, POS-terminalların bir hissəsi "kart vasitəsilə birbaşa təmas olmadan" istifadəni nəzərdə tutan ən müasir qurğulardır ki, son illərdə bunlar daha çox dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilməyə başlanılmışdır. 2014-cü il yanvarın 1-də respublikada 31 minə yaxın POS-terminal olduğu halda, artıq bu say 82 mini keçmiş, il ərzində daha 51 min POS-terminalın quraşdırılması təmin edilmişdir. İndiyədək quraşdırılmış POS-terminalların 64,1%-i Bakı şəhərinin, 35,9%-i isə regionların payına düşür. 2014-cü ildə əlavə quraşdırılmış POS-terminalların sayında regionların payı daha çoxdur. Bakı şəhəri üzrə POS-terminalların sayında 1,9 dəfə artım baş verdiyi halda, regionlardakı artım 7,1 dəfə olmuşdur. Xüsusilə Sumqayıt, Mingəçevir, Şəmkir, Şirvan və Lənkəran şəhərlərində, Abşeron, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Göyçay, Balakən, Qax və Zaqatala rayonlarında POS-terminalların quraşdırılması daha fəal həyata keçirilmişdir.

Vergilər Nazirliyi Mərkəzi Bank və kommersiya bankları ilə birlikdə ölkənin ticarət və xidmət sektorunda ödəmələrin nağdsız qaydada aparılması üçün zəruri infrastrukturun qurulması istiqamətində 2014-cü ilin fevral ayından başlayaraq ciddi tədbirlər həyata keçirir. Nazirlikdə yaradılmış qərargah tərəfindən POS-terminal quraşdırılmalı olan obyektlərin siyahısı müəyyənləşdirilmiş, onların quraşdırılması üçün həyata keçiriləcək proseslərin xəritəsi tərtib olunmuş və banklarla razılaşdırılmışdır. Qərargahın üzvləri ilə yanaşı, yerli vergi orqanlarında bu işlərlə məşğul olacaq məsul şəxslər müəyyən edilmiş və əlavə işçi qüvvəsi cəlb olunmuşdur.

Vergilər Nazirliyi tərəfindən POS-terminallardan istifadənin üstünlükləri və istifadə qaydası barədə mütəmadi olaraq məlumatlandırma işləri aparılır. Vergi ödəyicilərinə obyektlərdə quraşdırılmış POS-terminallardan istifadə vərdişlərinin aşılanması, eləcə də nağdsız ödənişlərin əlverişliliyi və üstünlükləri barədə geniş izahat və təbliğat işlərinin həyata keçirilməsi üçün nazirlik tərəfindən "POS-terminalların tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin məlumatlandırılması zamanı görülməli işlərə dair tövsiyələr" hazırlanmışdır. 2014-cü il ərzində bununla bağlı 22500-dən çox şəxs fərdi şəkildə məlumatlandırılmışdır.

Vergilər Nazirliyinin Mərkəzi Bank və digər təşkilatlarla əlaqəli fəaliyyətinin nəticəsidir ki, POS-terminalların sayının artması ilə yanaşı, onlardan istifadə də genişlənməyə başlamışdır. Ölkə ərazisində POS-terminal vasitəsilə aparılmış əməliyyatların həcmi 2014-cü ilin 11 ayı ərzində 353 milyon manat, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 17 milyon manat və ya 5,1% çox olmuşdur. Bu fakt, eləcə də ölkə vətəndaşlarının həmin dövrdə Azərbaycanın xaricində POS-terminal vasitəsi ilə apardıqları nağdsız ödəmə əməliyyatlarının məbləğinin bundan iki dəfə artıq olduğu nəzərə alınaraq, tam əminliklə söyləmək olar ki, vətəndaşlarımızın böyük hissəsi artıq nağdsız ödənişlərə üstünlük verməyə başlayıb.

2015-ci ildə nağd əməliyyat aparan bütün obyektlərdə POS-terminalların quraşdırılması nəzərdə tutulmuşdur.

- Azərbaycanda tam nağdsız ödəniş sisteminə keçilməsinə zəmin varmı?

- Ölkəmizdə nağdsız ödəniş sisteminə keçilməsinə imkan verən amillərdən biri ödəniş kartlarının sayının artıq 6 milyona çatmasıdır. Mövcud POS-terminalların sayı da nağdsız ödəniş sisteminə keçmək üçün kifayət qədərdir. İndi qalır onlardan hər yerdə istifadə edilməsinə nail olmaq. Bunun üçün əhali arasında aparılan maarifləndirmə işləri daha da genişləndirilməli, banklar POS-terminallardan istifadənin əhali üçün iqtisadi cəhətdən daha sərfəli olması üçün konkret əməli tədbirlər görməli, nağd ödənişlərin həcminin azaldılması və nağdsız ödənişlərin stimullaşdırılması üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilməlidir.

Bunlar isə öz növbəsində iqtisadiyyatda şəffaflığın daha da artmasına, ölkə başçısının dəfələrlə vurğuladığı kimi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə və büdcəyə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərəcəkdir.

- Azərbaycan bu il ilk Avropa Oyunlarına ev sahibliyi edəcək, bu səbəbdən ölkəyə turist axınının artacağı gözlənilir. Bunu POS-terminalların quraşdırılması prosesinin sürətləndirilməsini şərtləndirən amillərdən biri hesab etmək olarmı?

- Ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması son illər Bakıda və bölgələrdə kecirlilən beynəlxalq və regional tədbirlərin miqyasını da genişləndirib. Azərbaycana gələn turistlərin sayında da ciddi artım müşahidə olunur. Tarixdə ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunları zamanı respublikamıza çoxlu sayda idman heyətlərinin və azarkeşlərin gələcəyi gözlənilir və bu qonaqlar, təbiidir ki, Avropa ölkələrində qəbul olunduğu kimi, müxtəlif ticarət, əyləncə, iaşə və s. obyektlərdə nağdsız ödənişlərə üstünlük verəcəklər. Ona görə də Vergilər Nazirliyi tərəfindən Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə POS-terminalların quraşdırılması və onlardan istifadəyə ciddi nəzarət olunur.

“AccessBank” tender elan edir
“AccessBank” tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
Loading Bars
Xəbər lenti
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bəzi ölkələrin parlamentarları öz qərəzli mövqelərini sülhdən də üstün tutur - XİN
Sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
Azərbaycanda nəqliyyat ödəniş kartları köşklərdə satılacaq
Yay aylarında koronavirusla vidalaşa bilərik - Professor
6 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Nizami rayonunda bir gündə 12 ton çeşidlənmiş tullantı yığılaraq təhvil verilib (FOTO)
120 nəfərlik toy edənlər saxlanıldı (FOTO)
Reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artırılacaq
Zəngilan rayonunun Beşdəli kəndi (FOTO/VİDEO)
“GoldenPay” ASC-nin “Hesab Shop” layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib
Yaponiyalı milyarder Aya uçuş üçün komanda toplayır
Tanınmış tarixçi alim koronavirusdan vəfat edib
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Lahorda Xocalı soyqırımı qurbanları anılıb (FOTO)
Sənəti kasıbçılıqdan öyrənmişəm – usta ilə söhbət (FOTO)
Bayramqabağı karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA
Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən 9 nəfər saxlanılıb
"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
Bakıda avtomobil yanıb
Zəngəzurdan İrəvanadək bütün izlər məhv edilib - Erməni vandalizmi "Sahil Kərimli ilə Aktual" videolayihəsində
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir
Əfv komissiyasının növbəti iclasının vaxtı bilindi
DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib
Azərbaycan nefti ucuzlaşır
Azərbaycanda peyvənd olunanların sayı 300 mini ötüb
Daha 3 qazi və bir şəhid atasının əməliyyat xərcləri qarşılanıb (FOTO)
Bakı metrosunda bu tarixdə qatarlar işə salınacaq
Dəmir yolları ilə ötən il 14 milyon tondan çox yük daşınıb
AÇG və Şahdəniz yatağı üzrə builki gəlirlər açıqlanıb
Bakının mərkəzində quzu gəzdirən şəxslərlə bağlı DİN-dən açıqlama
Erməni vandallarının dağıtdığı tarixi-dini abidələr yenidən bərpa edilir - Pərvin Kərimzadə
Oralarda işləmək həm arzum, həm borcumdur – usta ilə söhbət (FOTO)
Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır
FHN əməkdaşları vaksinasiya üçün könüllü müraciət edə bilərlər - Rəis müavini
Pandemiyaya görə ayrılan vəsaitlərin auditi aparılır - Palata sədri
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Ermənistanda hakimiyyət dəyişikliyi 10 noyabr razılaşmasına təsir edə bilməz - SƏBƏBLƏR
Bu günə qədər 300-dən artıq FHN əməkdaşı vaksinasiya olunub
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Bir gündə cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Bu məktəb də 1 həftəlik bağlandı (ƏLAVƏ OLUNUB)
FHN əməkdaşlarının vaksinasiyası aparılır (FOTO/VİDEO)
Gəncədə 40 min manatlıq narkotik dövriyyədən çıxarılıb (FOTO)
Dövlət qulluğuna imtahanda qadınların göstəriciləri daha yüksək olub - DİM
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Pakistanın Baş qərargah rəisi Azərbaycanda səfərdədir
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir (FOTO)
Bütün xəbərlər