...

"TuranBank" qabaqcıl təcrübəyə malik təşkilat nominasiyasının qalibi oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2015 11:39 (UTC +04:00)
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) üzv təşkilatlar arasında kənd təsərrüfatı və regionların inkişafı sahəsində uğurlu fəaliyyəti ilə seçilən qurumu müəyyən etmək üçün keçirdiyi sorğunun nəticələrinə əsasən TuranBank "Kənd təsərrüfatı və regionların inkişafı sahəsində qabaqcıl təcrübəyə malik təşkilat" nominasiyasının qalibi olmuşdur.
"TuranBank" qabaqcıl təcrübəyə malik təşkilat nominasiyasının qalibi oldu

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) üzv təşkilatlar arasında kənd təsərrüfatı və regionların inkişafı sahəsində uğurlu fəaliyyəti ilə seçilən qurumu müəyyən etmək üçün keçirdiyi sorğunun nəticələrinə əsasən TuranBank "Kənd təsərrüfatı və regionların inkişafı sahəsində qabaqcıl təcrübəyə malik təşkilat" nominasiyasının qalibi olmuşdur. Bankdan Trend-ə daxil olan məlumata görə, qalibi AMA tərəfindən təşkil olunan və tərkibinə yerli qurumlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, o cümlədən Dünya Bankı Qrupu və AYİB ekspertlərinin yer aldığı münsiflər heyəti seçmişdir.

Bu nominasiya üzrə qalib təşkilatın kənd təsərrüfatı və region ərazilərinin inkişafı strategiyası və siyasəti, kənd təsərrüfatı və region ərazilərinin inkişafı məhsulları, xidmətlərinin faydalılıq dərəcəsi, göstərilən məqsədlərə ayrılan kredit portfelinin həcmi, kreditlərin sayı, qadın sahibkarların portfeldə payı, təşkilatın kənd təsərrüfatı kreditləşməsi üzrə keçirdiyi təlimlər kimi meyarlar əsasında müəyyən olunmuşdur.

TuranBank, AMA-nın 28 yanvar 2015-ci il tarixində keçirilən VIII İllik Təltif Şam Ziyafətində mükafatla təltif edilmişdir.

Qeyd edək ki, 2013-cü ildə TuranBank AMA-nın "Effektiv Korporativ İdarəetmə" nominasiyasının qalibi seçilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti