...

"Unibank" müştərilərin şikayətləri üzrə cavabları avtomatlaşdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2015 18:56 (UTC +04:00)
"Unibank" ASC müştərilərin şikayətləri üzrə cavabları avtomatlaşdıracaq.
"Unibank" müştərilərin şikayətləri üzrə cavabları avtomatlaşdıracaq

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Cəmilə Cəfərova/

"Unibank" ASC müştərilərin şikayətləri üzrə cavabları avtomatlaşdıracaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü bankın Beynəlxalq münasibətlər departamentinin rəhbəri Zöhrab Qədirov Bakıda keçirilən Azərbaycan Bankçılıq və Maliyyə forumunda deyib.

Onun sözlərinə görə, "Unibank" müştərilərlə işi yaxşılaşdırmaq məqsədilə xüsusi sistem yaradacaq: "Müştəri onun köməyi ilə şikayətinə baxıldığına dair avtomatik bildiriş alacaq".

Z.Qədirov qeyd edib ki, hazırda bu sistemin tətbiqi üzərində iş gedir.

Bu xidmətin avtomatlaşdırılması "Facebook" kimi sosial şəbəkələr və bankın rəsmi saytı vasitəsilə yerinə yetiriləcək. Şikayətlərə baxılması və cavabların avtomatlaşdırılması, yəni müştərinin şikayətinə baxıldığına dair bildirişin daxil olması üçün xüsusi personal seçiləcək.

Departament rəhbəri əlavə edib ki, son ildə bankın yol verdiyi səhvlərin sayı bir neçə mindən 200 ədədək azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti