...

Arpa, buğda ucuzlaşıb, xiyar, pomidor bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2015 18:02 (UTC +04:00)
Azərbaycanda 2015-ci ilin yanvar ayında əvvəlki ilin dekabr ayına nisbətən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri, o cümlədən ayrı-ayrılıqda həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,0 faiz bahalaşıb.
Arpa, buğda ucuzlaşıb, xiyar, pomidor bahalaşıb

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Azərbaycanda 2015-ci ilin yanvar ayında əvvəlki ilin dekabr ayına nisbətən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri, o cümlədən ayrı-ayrılıqda həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,0 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən arpanın istehsalçı qiyməti 2,1 faiz, buğdanın 0,3 faiz ucuzlaşıb, xiyarın 10,4 faiz, pomidorun 1,1 faiz, baş kələmin 0,4 faiz, quru otun 1,9 faiz, yoncanın 2,9 faiz, noxud dəninin 0,7 faiz, lobya dəninin 0,2 faiz, kartofun istehsalçı qiyməti isə 0,7 faiz bahalaşıb.

Çoxillik bitkilərdən xurmanın istehsalçı qiyməti 10,1 faiz, naringinin 9,3 faiz, heyvanın 6,9 faiz, narın 2,9 faiz, limonun 1,0 faiz, alma və portağalın 0,4 faiz, qoz-fındığın istehsalçı qiyməti isə 3,4 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 6,8 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun 4,5 faiz, cavan camışların 1,0 faiz, təbii balın istehsalçı qiyməti 0,4 faiz bahalaşıb, quş ətinin (diri çəkidə) 0,7 faiz, diri qoyun və keçilərin 4,1 faiz, qoyun ətinin (diri çəkidə) istehsalçı qiyməti isə 0,5 faiz ucuzlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti