...

Manatın məzənnəsinin zəifləməsi pensiya sisteminə təsir edəcəkmi? (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2015 16:05 (UTC +04:00)
Pensiya sisteminin özünü bazar iqtisadiyyatı şəraitində fiskal siyasət alətlərinin təsirlərindən qorunma mexanizmi var.
Manatın məzənnəsinin zəifləməsi pensiya sisteminə təsir edəcəkmi? (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Azad Həsənli/

İqtisadiyyatda cərəyan edən hadisələr, eləcə də manatın məzənnəsinin zəifləməsi pensiya sisteminə təsir etməyəcək. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

O, qeyd edib ki, pensiya sisteminin özünü bazar iqtisadiyyatı şəraitində fiskal siyasət alətlərinin təsirlərindən qorunma mexanizmi var: "Qanunvericiliyə müvafiq olaraq, biz inflyasiyanın səviyyəsinə uyğun olaraq pensiyaların sığorta hissəsinin və pensiya kapitalının fərdi hesablar üzrə illik indeksləşməsini aparırıq".

E.Mehdiyevin sözlərinə görə, DSMF-nin maliyyə göstəricilərinə nəzər salsaq görərik ki, hətta neftin qiymətlərinin düşməsi ölkənin pensiya sisteminə təsir göstərməyib.

Fond sədri əlavə edib ki, ötən il DSMF üçün kifayət qədər uğurlu olub və pensiya ödənişləri cədvəli qabaqlamaqla həyata keçirilib: "Cari il də istisna təşkil etməyəcək, çünki yanvar və fevral ayları üzrə ödənişlər cədvəli qabaqlamaqla yerinə yetirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti