...

Azərbaycanda dolların məzənnəsi kəskin qalxdı: 1 USD = 1,05 AZN

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2015 11:18 (UTC +04:00)
Azərbaycan Respublikası Mərkəzi Bankı Azərbaycan manatının ABŞ dollarına nisbətən məzənnəsinin dəyişməsi ilə bağlı bəyanat yayıb.
Azərbaycanda dolların məzənnəsi kəskin qalxdı: 1 USD = 1,05 AZN

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikası Mərkəzi Bankı Azərbaycan manatının ABŞ dollarına nisbətən məzənnəsinin dəyişməsi ilə bağlı bənayat yayıb.

Mərkəzi Bankdan Trend-ə bildiriblər ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib.

Bankda bildiriblər ki, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib: "Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib".

Qeyd edilib ki, Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti