...

Azərbaycanda biznesi 3 dəfə tez qeydiyyata almaq olar

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2015 15:14 (UTC +04:00)
Azərbaycada kommmersiya hüquqi şəxsin qeydiyyata alınması müddəti 3 dəfə azaldılıb.
Azərbaycanda biznesi 3 dəfə tez qeydiyyata almaq olar

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Azad Həsənov/

Azərbaycada kommersiya hüquqi şəxsin qeydiyyata alınması müddəti 3 dəfə azaldılıb.

Trend-in məlumatına görə, vergilər naziri Fazil Məmmədovun əmri ilə müvafiq dəyişikliklər "Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı", "Fərdi sahibkarların onlayn qeydiyyatı"və "Fiziki şəxslərin vergi uçotuna alınması və vergi uçotundan çıxarılması qaydaları"nın inzibati reqlamentlərinə edilib.

Bundan başqa, dəyişikliklərə müvafiq olaraq, Azərbaycanın MMC-nin elektron qeydiyyat sürəti zəruri məlumatları informasiya sisteminə daxil etdikdən sonra dərhal həyata keçiriləcək.

Bu dəyişikliklərə əsasən, yerli vətəndaşlar tərəfindən yaradılan MMC-lərin adi elektron dövlət qeydiyyatı müddəti 3 gündən 1 günə endirilib, sürətli elektron qeydiyyatı isə 1 gün əvəzinə dərhal yerinə yetiriləcək.

Reqlamentə edilmiş dəyişiklərə əsasən, fiziki şəxslərin vergi uçotuna alınması və çıxarılması haqqında elektron ərizənin onlayn rejimdə təqdim edilməsinə dair norma tətbiq edilib.

Göstərilən dəyişikliklər 2015-ci il fevralən 20-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti