...

Macarıstanda Azərbaycanda əlverişli biznes və investisiya mühitinə dair biznes-forum keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2015 17:14 (UTC +04:00)
Macarıstanın Debretsen şəhərində Hajdu-Bihar əyalətinin Ticarət və Sənaye Palatasının, habelə biznes və maliyyə sahələri üzrə fəaliyyət göstərən DBH Group-un təşkilatçılığı, Macarıstan şirkətlərinin və iş adamlarının iştirakı ilə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühitinə dair biznes-forum keçirilib.
Macarıstanda Azərbaycanda əlverişli biznes və investisiya mühitinə dair biznes-forum keçirilib

Azərbaycan, Bakı, 17 mart /Trend/

Macarıstanın Debretsen şəhərində Hajdu-Bihar əyalətinin Ticarət və Sənaye Palatasının, habelə biznes və maliyyə sahələri üzrə fəaliyyət göstərən DBH Group-un təşkilatçılığı, Macarıstan şirkətlərinin və iş adamlarının iştirakı ilə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühitinə dair biznes-forum keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev iki ölkə arasındakı sıx siyasi əməkdaşlığın fonunda ildən-ilə inkişaf edən iqtisadi və ticarət əlaqələrindən bəhs edib. Ötən ilin noyabrında Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı yeni iqtisadi sazişlərin imzalandığını xatırladan səfir son illərdə ölkələrimiz arasında səhiyyə, turizm, mədəniyyət, gənclər və idman sahəsində əlaqələrin daha da genişləndirildiyini bildirib və macar iş adamlarını birgə layihələrin həyata keçirilməsində yaxından iştiraka səsləyib.

Forumda DBH Group-un Azərbaycan nümayəndəliyinin rəhbəri Şandor Erdei, Hajdu-Bihar əyaləti Ticarət və Sənaye Palatasının prezidenti Ferenc Miklossy, DBH Group-un Layihələrin İdarə edilməsi üzrə direktoru Zsolt Kereszturi çıxışları dinlənilib. Tədbirə qatılan macar iş adamları son illər ölkəmizdə sürətlə inkişaf edən iqtisadiyyat və yaradılmış əlverişli biznes mühiti ilə əlaqədar Azərbaycan şirkətləri ilə əlaqələri daha da genişləndirməklə bağlı planlarından söz açıblar.

Səfir Vilayət Quliyev Debretsen meri Laslo Papp və Debretsen Universitetinin rektoru professor Zoltan Silvassi ilə də görüşüb. Görüşlər zamanı müxtəlif sahələr, o cümlədən elmi və tələbə mübadiləsi sahəsində əməkdaşlıq müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti