...

TRACECA-nın Azərbaycan seqmenti ilə yükdaşıma çoxalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2015 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ilin yanvar ayında Azərbaycan ərazisi ilə Avrasiya nəqliyyat dəhlizi (TRACECA, Avropa-Qafqaz-Asiya) üzrə 4,8 milyon ton yük daşınıb ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 4,5% çoxdur.

Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-cü ilin ilk 2 ayı üzrə hesabatında deyilir.

Hesabata görə, daşınan yüklərin ümumi həcmindən 51,5% avtomobil nəqliyyatı, 32,5% dəmir yolu, 16% isə dəniz nəqliyyatının payına düşüb.

Məlumata əsasən, dəhliz çərçivəsində 26,9 milyon nəfər daşınıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8% çoxdur.

Hesabat dövründə dəhliz çərçivəsində daşımalardan əldə edilən gəlirlər 44,5 milyon manat təşkil edib ki, bu da 2014-cü ilin yanvar ayının göstəricisindən 12,8% çoxdur. Qeyd edilən dövrdə sərnişindaşımalardan əldə edilən gəlirlər 10 milyon manat olub ki, bu da 2014-cü ilin müvafiq dövründən 14,9% çoxdur.

Qeyd edək ki, TRACECA-nın iştirakçı dövlətləri Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və İrandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti