Azərbaycan, Bakı, 2 aprel /Trend/
"NİKOYL" İKB ASC 3 aydan 5 ilə qədər müddətə nəzərdə tutulan, faiz dərəcələrinin aylıq və ya müddətin sonunda hesablanmasını əsas götürərək ümumi əmanət məhsullarının çeşidlərini yenilədi. Bankdan Trend-ə verilən məlumata görə, yeni çeşidlər üzrə təqdim olunan NİKOİL/ Vergisiz əmanətinin (maksimal illik gəlir məbləği 12%-ə qədər AZN-lə və 10,5%-ə qədər isə ABŞ dolları ilə) unikallığı ondan ibarətdir ki, bu əmanət üzrə vergini Bank öz müştərilərinə hədiyyə edir.
NİKOİL/Sabit ( maksimal illik gəlir məbləği 14,5%-ə qədər AZN-lə, 14%-ə qədəri ABŞ dolları ilə və 9,1%-ə qədəri isə avro ilə) əmanət növünün üstünlüyü sığortalı və eyni zamanda yüksək faiz dərəcəli olmasındadır. Belə ki, əmanətin müddəti 3 aydan 60 aya qədərdir və bu müddət ərzində əmanətə əlavələr etmək mümkündür.
Və NİKOİL/ Private ( maksimal illik gəlir məbləği 13,7%-ə qədəri AZN-lə, 12,3%-ə qədəri ABŞ dolları ilə və 8,8%-ə qədəri isə avro ilə), bu əmanət növü müştərilərə yüksək ilkin vəsait yerləşdirmək şərti ilə, yüksək faiz dərəcəsi əldə etmək imkan verir. Qeyd edək ki, bu əmanət növü VİP müştərilər üçün nəzərdə tutulub. NIKOIL | PRIVATE BANKING xidmətləri - bu, fərdi kapitalın idarə edilməsi sahəsində peşəkar məsləhət , kapitalın qorunması, artırılması və varislərə ötürülməsində effektiv müdafiə strategiyasının hazırlanması, maliyyə işlərinin planlaşdırılması məsələlərində məsləhət, klassik bank xidmətləri- bank kartları, əmanətlər, kreditlər, seyf qutuları, akkreditivlər, hətta uşaqlara və böyüklərə yüksək keyfiyyətli tibbi xidmət, sığortalama və sairdir.
Hazırda "NİKOYL" Bankda əmanətin ümumi məbləği fiziki şəxslər üzrə 190 mln. AZN, hüquqi şəxslər üzrə isə 29 mln. AZN təşkil edir.
Bu gün "NİKOYL" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. "NIKOIL Bank"ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl