Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Azad Həsənli/
"A-Qroup" sığorta şirkəti səhmlərinin nominal qiymətini 9,5 faiz artırıb.
Trend-in Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, komitə hər birinin nominal dəyəri 1033 manat olan 7750 səhmin emissiya prospektini qeydiyyata alıb.
Buraxılışın yerləşdirilməsi hər birinin nominal dəyəri 943 manat olan eyni sayda səhmə konvertasiya yolu ilə həyata keçiriləcək.