...

"Azərsun Holdinq" çay plantasiyalarını genişləndirir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2015 22:10 (UTC +04:00)
Azərbaycanda çayçılığın inkişafında müstəsna rol oynayan “Azərsun Holdinq” bu sahənin inkişaf etdirilməsi üçün müxtəlif layihələr reallaşdırmağa davam edir.
"Azərsun Holdinq" çay plantasiyalarını genişləndirir (FOTO)

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Azərbaycanda çayçılığın inkişafında müstəsna rol oynayan "Azərsun Holdinq" bu sahənin inkişaf etdirilməsi üçün müxtəlif layihələr reallaşdırmağa davam edir.

Cənab Prezidentin çayçılıqla bağlı tapşırıq və göstərişlərə əsasən şirkət ölkəmizdə daha çox çay məhsullarının istehsal edilməsi üçün zəruri addımlar atır. Plantasiyaların sayını artırıraraq ərazilərini genişləndirən şirkət milli markalarımızın bütün dünyada tanınmasını qarşısında dayanan prioritet məsələlərdən hesab edir. Ötən il Masallıda yaradılan 100 hektarlıq sahədə çay kollarının yetişdirilməsi üçün müasir suvarma sistemləri və digər avadanlıqlardan istifadə olunur. Yaxın aylarda bu sahəyə Lənkəran Çay Fabrikində yetişdirilən 500 min çay şitili köçürüləcək.

Bundan əlavə, "Azərsun Holdinq" ölkəmizdə çayçılığın inkişafı və yerli fermerlər arasında çayçılığı təşviq etmək üçün onları maddi və texniki vəsaitlərlə təmin edir. Ölkənin aparıcı KİV nümayəndələrinin Masallıda yerləşən çay plantasiyasına və Lənkəran Çay Fabrikinə səfərini təşkil edən "Azərsun Holdinq" onların çayçılığın inkişafı üçün aparılan işlər və reallaşdırılan layihələr barədə ətraflı məlumat alması üçün şərait yaradıb. Jurnalistlərin suallarını cavablandıran "Azərsun Holdinq"in prezidentinin müşaviri Sədaqət Yusifov SSRİ-nin çöküşündən sonra onilliklərlə yaşı olan çay plantasiyalarının insanlar tərəfindən məhv edildiyini və bu səbəbdən Azərbaycan çayçılığın uzun illər boyu eniş dövrünü yaşayıb. Lakin son illər ərzində bu sahəyə dövlət səviyyəsində qayğının göstərilməsi və "Azərsun Hioldinq" tərəfindən reallaşdırılan müxtəlif layihələr və atılan addımlar bu sahənin inkişaf etməsinə çox böyük töhfə verir.

Sədaqət Yusifovun sözlərinə görə, Masallıda dəniz səviyyəsindən 700-800 metr yüksəkdə salınan bu plantasiyada yetişdirilən bu çay bir neçə ildən sonra yüksək keyfiyyəti ilə bütün dünyada fərqlənə bilər. Buna burada olan ekoloji şərait imkan verir.

Daha sonra "Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov artıq "Azərçay" markasının ölkəmizin hüdudlarından kənarda da çox yüksək qiymətləndirildiyini və böyük rəğbətlə qarşılandığını söyləyib. Bundan əlavə, Afiq Səfərov "Azərsun Holdinq"in Avropanın dünyada məşhur "Heinemann" şirkəti ilə də müqavilə bağladığını bildirib. Müqaviləyə əsasən, 59 ölkənin hava limanlarında "Azərçay"ın satışı həyata keçiriləcək.

Qeyd edək ki, mütəxəssislər 8-10 ildən sonra Azərbaycan çayçılığında yüksək məhsuldarlıq dövrünün başlayacağını və ölkənin daxili tələbatının ödənilməsi ilə bərabər xaricə də böyük həcmdə çay məhsullarının ixrac ediləcəyini bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti