...

"Mega Insurance" kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2015 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Mega Insurance" ASC-nin 2,5 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-ya istinadən verdiyi məlumata əsasən, emissiya çərçivəsində hər birinin nominal dəyəri 5 min manat olan 500 səhm buraxılıb.

Yerləşdirmədən sonra şirkətin nizamnamə kapitalı 14,5 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti