...

Mərkəzi Bank “China UnionPay” beynəlxalq kart təşkilatı ilə birgə seminar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2015 11:13 (UTC +04:00)
Mərkəzi Bank “China UnionPay” beynəlxalq kart təşkilatı ilə birgə seminar keçirib.
Mərkəzi Bank “China UnionPay” beynəlxalq kart təşkilatı ilə birgə seminar keçirib

Azərbaycan, Bakı, 1 may /Trend/

Mərkəzi Bank (MB) "China UnionPay" beynəlxalq kart təşkilatı ilə birgə seminar keçirib.

MB-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 1-də Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə "China UnionPay" beynəlxalq kart təşkilatı tərəfindən bankların və prosessinq mərkəzlərinin nümayəndələri üçün seminar təşkil edilib.

Tədbir zamanı iştirakçılara təşkilatın regionda və ölkənin ödəniş kartları bazarında gələcək fəaliyyət istiqamətləri, təqdim olunacaq yeniliklər və ödəniş kartları məhsulları haqqında geniş məlumat verilib.

Müzakirələr zamanı təşkilatın beynəlxalq səviyyədə həyata keçirdiyi layihələr, ödəniş kartları ilə əməliyyatlar zamanı tətbiq olunan tarif siyasəti, innovativ ödəniş məhsulları üzrə mövzulara, habelə banklarla qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunulub, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti