Azərbaycan, Bakı, 16 iyun /Trend/
İyunun 12-i ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib. Dollar ucuzlaşıb, avro isə bahalaşıb.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyunun 16-a olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0478 (iyunun 12-i 1.0479) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə bahalaşaraq 1.1818 (iyunun 12-i 1.1801) manat olub.