...

"Expressbank" komissiyasız pulköçürmə təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2015 16:27 (UTC +04:00)
"Expressbank" “Zolotaya Korona” təcili pulköçürmə sistemi ilə birgə "Tarif 0%" adlı aksiyası keçirir.
"Expressbank" komissiyasız pulköçürmə təklif edir

"Expressbank" "Zolotaya Korona" təcili pulköçürmə sistemi ilə birgə "Tarif 0%" adlı aksiyası keçirir. Aksiyanın şərtlərinə görə, "Expressbank" filiallarından bu sistem vasitəsilə Rusiyaya manatla pul göndərən şəxslərdən komissiya tutulmur.

Bankdan Trend-ə verilən məlumata əsasən, "Expressbank" mütəmadi olaraq "Zolotaya Korona" təcili pulköçürmə sistemi ilə müxtəlif aksiyalar təşkil edir. "Hədiyyəli pulköçürmələr" adlı aksiya çərçivəsində müştərilər planşet və smartfonlar qazanıblar. Pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunub. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS-terminal və 250-dək "ExpressPay" ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın "facebook" səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti