...

AZAL xəyallara qovuşdurur

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2015 14:14 (UTC +04:00)
Evə heç qayıtmaq istəmirəm, bu səbəbdən Bakıya yenidən qayıtmaq üçün variantlar axtarıram.
AZAL xəyallara qovuşdurur

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Moskva-Bakı-Moskva istiqaməti üzrə uçuşumuzu Azərbaycan Hava Yolları həyata keçirdi və biz olduqca məmnun qaldıq. Geniş oturacaqlar, yeni təyyarə, "yumşaq" eniş və təyyarənin göyərtəsində çox dadlı yemək. Mənfi tərəfini isə telefon şarjı üçün USB çıxışın olmamasını qeyd edərdim ki, buna da belə yaxın məsafəyə (3 saat) uçan təyyarələrdə nadir hallarda rast gəlmək olar.

Yerli əhali bahalı olmasına baxmayaraq, bu hava yollarının ən yaxşı daşıyıcı olduğunu söyləyirlər. Bakı küləklər şəhəri adlanır və təyyarə eniş xəttinə enən zaman tez-tez titrəmələr baş verir. Lakin məhz Azərbaycan Hava Yollarının təyyarələri və peşəkar ekipaj heyətləri hər cür hava şəraiti və güclü küləyin öhdəsindən ən yaxşı şəkildə gəlirlər. Gəldiyimiz gün həqiqətən güclü külək vardı, lakin bizim olduğumuz təyyarə çox rahat şəkildə eniş etdi.

Təyyarənin göyərtəsində verilən yeməyi də özəlliklə qeyd etmək istəyirəm. Birincisi, hər iki istiqamətdə uçuşlarda menyu əhəmiyyətli dərəcədə fərqlənir. Adətən, standart dəst olur, amma burada hər şey fərqlənirdi - salat, əsas yemək, desert, qəlyanaltılar. Biz Bakıya uçarkən, tərəvəz salatı, çiyələkli tort və tərəvəzli toyuq verildi, lakin geri qayıdarkən, bizə artıq çəhrayı düyü ilə toyuq kotleti, tərəvəzlərdən hazırlanmış Bakı salatı təklif olundu, desertdə isə şokoladlı tort var idi. İkincisi, göyərtədə yaxşı Azərbaycan şərabı verilir! Biz Azərbaycan mətbəxinin bu əvəzolunmaz təamlarını daddıq, doyduq və təbii ki, çox razı qaldıq.

Təyyarədə film göstərilir, lakin hamı üçün yalnız bir film. Buna görə də oturacaqların üzərində bir-birinin ardınca xüsusi ekranlar mövcuddur.

Hava limanına gəldikdən sonra, siz asanlıqla taksi tapa bilərsiniz: misal üçün, gördüyünüz bu London taksisi və ya I Avropa Oyunlarının rəmzləri ilə bəzədilmiş avtobuslar.

Heydər Əliyev Beynəlxalq Hava Limanı məni çox təəccübləndirdi. Mən dünyanın ən yaxşı və çox gözəl müxtəlif hava limanlarında olmuşam, lakin Bakı hava limanı məni özünə çox cəlb etdi. Hava limanının iki terminalı var - köhnə və yeni. Biz 2013-cü ildə xüsusi olaraq İlk Avropa Oyunları üçün inşa edilmiş yeni böyük terminala gəldik.

Əvvəllər hava limanı Binə Hava Limanı (Bakıda qəsəbənin adı) adlanırdı, lakin 2004-cü ildə Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin şərəfinə adlandırıldı. Hava limanı şəhərdən 25 kilometr uzaqlıqda yerləşir. Sizə paytaxta çatmaq üçün 20-30 dəqiqə vaxt, aeroportdan şəhərə və şəhərdən aeroporta taksi ilə getmək üçün 20-30 manat lazım olacaq. Hava limanının xarici görünüşündə, Bakıdakı bir çox binalar kimi, düz xətt yoxdur, tikili hamardır.

Hava limanının daxili xaricindən daha gözəldir. İkinci mərtəbədə pasport nəzarətindən sonra taxtadan yumurta formasında qəhvə mağazaları və dükanları görəcəksiniz. Ən gözəli isə böyük tutuquşu qəfəsini xatırladan oturacaqlardır. Şəxsən hava limanı məndə çox müsbət təəssüratlar oyatdı. Dyuti-Fri (Duty Free) böyük deyil, lakin təkcə gediş zalında yox, həm də gəliş zalında da var.

Bu isə Bakı hava limanının köhnə terminalıdır. O, da yeni terminal kimi gözəl və qeyri-adidir. Azərbaycanlılar birmənalı olaraq gözəl binaları sevirlər.

Evə heç qayıtmaq istəmirəm, bu səbəbdən Bakıya yenidən qayıtmaq üçün variantlar axtarıram! Gediş-gəliş bileti 22000-25000 rubl civarındadır, hesab edirəm bu da çox bahadır. İlk Avropa Oyunları zamanı biletimizin qiyməti 66,000 rubl təşkil etdi , beləliklə, 22,000 rubl çox münasib görünür.

Bildiyim qədər, Moskvadan Bakıya aşağıda adı sadalanan aviaşirkətlərin yalnız 3 birbaşa uçuşu həyata keçirilir: AZAL, S7 (Azal ilə birgə uçuş) və Aeroflot.

Azərbaycan, Bakı, 1-ci hissə. Heydər Əliyev adına Hava Limanı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti