Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Azad Həsənli/
2015-ci ilin iyun ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 758 sığorta tələbi üzrə 2,2 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Trend İSB-yə istinadən nəqliyyat vasitəsinə dəyən zərər üzrə sığorta ödənişlərinin bölgüsünü təqdim edir:
Nəqliyyat vasitəsinə dəyən zərər |
Əmlaka dəyən zərər |
Sağlamlığa dəyən zərər |
Şəxsin ölümü |
Cəmi |
|||||
Say |
Məbləğ (manat) |
Say |
Məbləğ (manat) |
Say |
Məbləğ(manat) |
Say |
Məbləğ (manat) |
Say |
Məbləğ (manat) |
1 653 |
2 004 536 |
39 |
61 184 |
43 |
54 750 |
23 |
115 000 |
1 758 |
1 235 470 |
Ümumilikdə 2015-ci ilin yanvar-iyun ayları ərzindəsığorta şirkətləri tərəfindən AVSMMİS üzrə 11 898 851 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının məbləğində isə 6% azalma müşahidə edilib.
İyun ayında Büro tərəfindən 7 kompensasiya tələbi üzrə 19 800 manat, yanvar-iyun ayları ərzində isə 34 kompensasiya tələbi üzrə 130 133 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. 2015-ci ilin 6 ayında həyata keçirilmiş kompensasiya ödənişlərinin məbləği ötən ilin analoji dövrü ilə müqayisədə 78% çox olub.