...

Heydər Əliyev adına NEZ-in qurğuları təmirdən sonra istismara verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2015 09:13 (UTC +04:00)
Hеydər Əliyеv аdınа Neft Еmalı Zavodunun əsаs tехnоlоji qurğulаrındа еyni vахtdа aparılan irimiqyаslı təmir işləri uğurla başa çatıb.
Heydər Əliyev adına NEZ-in qurğuları təmirdən sonra istismara verilib

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Hеydər Əliyеv аdınа Neft Еmalı Zavodunun əsаs tехnоlоji qurğulаrındа еyni vахtdа aparılan irimiqyаslı təmir işləri uğurla başa çatıb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, 55 nömrəli каtаlitiк кrекinq, 21 nömrəli ilkin еmаl, 43 nömrəli kokslaşdırma, 31 nömrəli katalitik riforminq və dizel yanacağının hidrotəmizlənməsi qurğulаrı əsаslı təmir olunaraq istismara verilib. Təmir işləri zavodun 13 nömrəli sahəsinin və müхtəlif təyinаtlı iхtisаslаşdırılmış təmir-tiikinti idarələri tərəfindən həyata keçirilib. Təmir dövründə 21 nömrəli ilkin еmаl qurğusunda K-2 kоlоnunun sıradan çıxmış boşqabları və transfer xətti təmizlənərək yеnidən yığılıb, hava soyuducularının giriş-çıxış boruları dəyişdirilib. Sobalar təftiş olunub, qüsürlar aradan qaldırılıb.

Vakuum qazoyulun nəqlinin artırılması məqsədilə vakuum blokuna əlavə olaraq yeni nasos quraşdırılıb. Vakuum kolonunun sıradan çıxmış tərtibatları yeniləri ilə əvəz edilib. N1/3 xammal nasosu, həmçinin K-8 kolonundan çıxan qaz xətti dəyişdirilib. 3 ədəd yeni 5000 kubmetrlik neft çəninin istifadəyə verilməsi ilə əlaqədar 1976-cı ildən istismar olunan xam neft xətləri tamamilə yenilənib. Hazırda qurğu saatda 650 kubmetr məhsuldarlıqla istismar olunur.

Bundan əlavə, 55 nömrəli katalitik krekinq qurğusundа İD 105 istidəyişdiricisinin boru dəsti dəyişdirilib. T104 tutumunda və S-3 seperatorunda süzgəclər yeniləri ilə əvəz edilib. 100-cü bölmənin reaktorundan katalizator qismən yenilənib, bölmənin məhsuldarlığının ildə 3 milyon tona çatdırılması üçün əlavə nasoslar quraşdırılıb. S/101 və 102 sobalarında yeni, müasir tipli şamlar quraşdırılıb.

31 nömrəli katalitik riforminq qurğusunda 3 ədəd EA-121(1), EA-421(2), hava soyuducuları yeniləri ilə əvəz olunub. S/213-214 sobalarının dam örtüyü və kollektorların istilik örtüyü dəyişdirilib. DR 111 reaktorunda katalizatorun üst hissəsi təmizlənib, ələnib və yenidən sistemə qaytarılıb. Avtomatik idarəetmə sistemi ilə əlaqədar çoxsayda klapan, səviyyəölçən və sərfölçən quraşdırılıb. Qaz komperassorların gövdəsinin soyutma sistemi çirkabdan təmizlənib va digər zəruri işlər görülüb.

43 nömrəli kokslaşdırma qurğusunda isə sobada, reaktorlarda və digər sahələrdə əsaslı təmir işləri aparılıb, vahid axınla istismara buraxılıb. S-303 v-S-301/2-nin radiasiya kameralarının boruları dəyişdirilib.

Təxminən bir ay davam edən təmir işlərindən sonra zavodun texnoloji qurğuları hidravlik sınaqdan sonra uğurla istismara verilib, neft məhsullarının istehsalına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti