...

Azərbaycan gömrüyü yük maşınlarının növbəsi ilə bağlı problemi həll edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2015 13:11 (UTC +04:00)
Azərbaycanda nəzarət-keçid məntəqələrində iri həcmli yük maşınlarının daha tez yoxlanılması üçün 8 ədəd skayner tipli avadanlıq quraşdırılıb.
Azərbaycan gömrüyü yük maşınlarının növbəsi ilə bağlı problemi həll edir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanda nəzarət-keçid məntəqələrində iri həcmli yük maşınlarının daha tez yoxlanılması üçün 8 ədəd skayner tipli avadanlıq quraşdırılıb.

Trend-in məlumatına əsasən, bunu Bakıda keçirilən GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 22-ci iclası zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A.Əliyev bildirib ki, hazırda yük vaqonlarının yoxlanılması üçün daha 2 belə avadanlığın quraşdırılması həyata keçirilir: "Bu avadanlıqlar sərhəd məntəqələrində növbələrin yaranmasının qaşısını alacaq".

Komitə sədri həmçinin qeyd edib ki, ümumilikdə Azərbaycan Dövlət Gömrük Komitəsi son il ərzində nəzarət-keçid məntəqələrində yüklərin yoxlanılmasının təkmilləşdirilməsi və sadələşdirilməsi məqsədilə lazımi avadanlığın əldə olunması üçün böyük investisiyalar həyata keçirib: "Bu tədbirlər yüklərin gömrük yoxlanışının sürətləndirilməsinə yardım edir və yüklərin təhlükəsiz keçidini təmin edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti