...

Ət ucuzlaşıb, yumurta bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2015 16:50 (UTC +04:00)
2015-ci ilin iyun ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 2,7 faiz ucuzlaşıb.
Ət ucuzlaşıb, yumurta bahalaşıb

Azərbaycan, Bakı, 15 iyul /Trend/

2015-ci ilin iyun ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 2,7 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1 faiz ucuzlaşıb.

Ay ərzində buğda unu, qarabaşaq yarması, mal və qoyun əti, balıq məhsulları, günəbaxan yağı, şəkər tozu, banan, alça, gilas, çiyələk, xiyar, pomidor, göyərti, şirin bibər, badımcan, göy lobya, kartof, soğan, sarımsaq, kələm, kök və çuğundurun qiymətlərində ucuzlaşma, yumru düyü, yumurta, limon, alma, qoz, şabalıd və spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti