...

Aİ Azərbaycandan kənd təsərrüfatı məhsullarının tədarükünü istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2015 17:33 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatının potensialı ölkənin məhsullarını Avropa İttifaqı (Aİ) bazarlarına ixrac etməyə imkan verir.
Aİ Azərbaycandan kənd təsərrüfatı məhsullarının tədarükünü istəyir

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanın kənd təsərrüfatının potensialı ölkənin məhsullarını Avropa İttifaqı (Aİ) bazarlarına ixrac etməyə imkan verir. Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Malena Mard mətbuat konfransında deyib.

Xanım M.Mard bildirib: "Biz də buna maraq göstəririk. Aİ Azərbaycanın kənd təsərrüfatı sahəsinə dəstək verməyə davam edəcək".

Onun sözlərinə görə, Aİ Azərbaycanın kənd təsərrüfatında böyük potensial görür: "Bu sahənin inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün çox vacibdir".

M.Mard qeyd edib ki, 14 milyon məbləğində yardım proqramı fəaliyyətini dayandırsa da, bu, Aİ və Azərbaycan tərəfi arasında işin başa çatması anlamına gəlmir: "Biz praktik əməkdaşlığı davam etdirəcəyik. Tərəfimizdən ət kəsimi üzrə müəssisənin tikinti prosesinə hər cür dəstək göstəriləcək. 2017-ci ilədək yeni əməkdaşlıq proqramlarının qəbulu hələ planlaşdırılmır, lakin biz Azərbaycan tərəfinin istənilən təklifini dinləməyə və onları müzakirə etməyə də hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti