...

Bağlanan iş yerləri ilə bağlı statistika açıqlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2015 15:05 (UTC +04:00)
Dövlət Statistika Komitəsi bağlanan iş yerləri barədə məlumatları dərc edəcək.
Bağlanan iş yerləri ilə bağlı statistika açıqlanacaq

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Azad Həsənli/

Dövlət Statistika Komitəsi bağlanan iş yerləri barədə məlumatları dərc edəcək. Trend-in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədr müavini Həmid Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqları şərh edərkən deyib.

O bildirib ki, biz hazırda bu istiqamətdə, o cümlədən statistik məlumatların toplanması üzrə fəal iş aparırıq: "Bundan sonra bağlanmış iş yerləri barədə məlumatları mütəmadi dərc edəcəyik".

Qeyd edək ki, dövlət başçısı Nazirlər Kabinetinin iclasında diqqəti ölkədə bağlanan iş yerlərinin statistikasının aparılmamasına yönəldib. Prezident İlham Əliyev bildirmişdi ki, birinci 6 ayda ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılıb ki, onlardan 48 mini daimi iş yeridir: "Ancaq biz bu statistikaya fikir verəndə mütləq bağlanan iş yerlərini də diqqətdən qaçırmamalıyıq. Bilirəm ki, bəzi yerlərdə iş yerləri bağlanıb. Ona görə, ilk növbədə, bunun səbəbləri araşdırılmalıdır. Digər tərəfdən, bu, statistika da açılan iş yerləri ilə bərabər verilməlidir ki, biz təhlili düzgün aparaq. Bu, əslində hər bir ölkədə olan bir vəziyyətdir. İş yerləri açılır, bağlanır. Burada əsas balans məsələsidir, nə qədər açılıb, nə qədər bağlanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti