...

Azərbaycan ümumi vergi bəyannaməsinin tətbiqinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2015 19:35
Gələcəkdə Azərbaycanda ümumi vergi bəyannaməsinin tətbiqi mümkündür.
Azərbaycan ümumi vergi bəyannaməsinin tətbiqinə hazırlaşır

Trend-i buradan izləyin

Azərbaycan, Şamaxı, 28 iyul /Trend, müxbir Maksim Tsurkov/

"Gələcəkdə Azərbaycanda ümumi vergi bəyannaməsinin tətbiqi mümkündür".

Trend-in məlumatına görə, bunu vergilər nazirinin beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədov Vergilər Nazirliyinin Tədris Mərkəzində "Vergi öhdəliklərinin yerinə yetirilməsində sosial tərəfdaşların rolu" mövzusunda keçirilmiş "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, nazirlik bu sahədə xarici təcrübəni kifayət qədər yaxşı öyrənib: "Azərbaycanda ümumi bəyannaməyə keçid üçün zəruri resurslar və infrastruktur var, informasiya texnologiyaları tətbiq edilir. Lakin əhalinin vergi mədəniyyətini inkişaf etdirmək və yüksəltmək, könüllü ödənişlərin artırılmasına yardım etmək çox vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti