...

Bizim məqsədimiz - Sizə yaxın olmaqdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2015 11:57 (UTC +04:00)
Unibank hər zaman müştərilərinə daha yaxın olmağa çalışır.
Bizim məqsədimiz - Sizə yaxın olmaqdır

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Unibank hər zaman müştərilərinə daha yaxın olmağa çalışır. Təsadüfi deyil ki, xidmət keyfiyyətini yüksəltmək və fəaliyyət sahəsini genişləndirmək hər zaman bankın əsas prioritetlərindən biri hesab olunur.

Bankdan Trend-ə verilən məlumata görə, hazırda Unibank 40 filialı ilə müştərilərinin xidmətindədir. Onlardan 16-sı ölkəmizin müxtəlif bölgələrındə yerləşir.

Bankın xidmət və məhsullarından faydalanmaq istəyən hər kəs, həftənin 5 günü saat 09:00-dan 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək Unibank filiallarına müraciət edə bilər. Bu saatlarda müştərilərə bankın istənilən xidmətləri üzrə - pul köçürmələri, kredit ödənişi, depozit üzrə faizlərin alınması, cari hesabın açılması, kommunal ödənişlər və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Real sektora diqqətini günü-gündən artıran Unibank, yalnız bizneslə məşğul olan müştərilər üçün 4 ixtisaslaşdırılmış filial açıb. "Qara Qarayev" biznes-filialı, "Baksovet" və "Dərnəgül" filialları və "Unibank biznes mərkəzi" bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyir. Məqsəd bankın ölkənin iqtisadi inkişafına töhfəsini bir qədər də gücləndirməkdir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.
Unibank-hər kəsin bankı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti