Azərbaycan, Bakı, 17 avqust /Trend/
İstehlak bazarında saxlama müddəti ötmüş malların satıldığı aşkar olunub. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.
İSN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir. Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı Bakının Sabunçu rayonu Zabrat 1 qəsəbəsi, Məmmədyarov küçəsi, 36 ünvanında yerləşən Tosif Əlimərdanova məxsus mağazada, Bakının Nərimanov rayonu C.Hacıbəyli küçəsi, 24 ünvanında yerləşən Akif Məmmədova məxsus mağazada, Bakının Binəqədi rayonu 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 13 ünvanında yerləşən "Amil" firmasına məxsus mağazada, Tovuz rayonu Yanıxlı kəndində Sakit Babayevə məxsus mağazada, Şabran şəhəri T.İsmayılov küçəsində yerləşən Mehman Salahova məxsus mağazada, Oğuz şəhəri H.Əliyev prospekti, 22 ünvanında yerləşən Vüqar Səmədzadəyə məxsus mağazada və Sumqayıt şəhəri 17-ci mikrorayon, İ.Qayıbov küçəsi, 24A ünvanında yerləşən Səməd Vəliyevə məxsus kafedə yararsız məhsullar aşkar edilib.
Monitorinqlər zamanı analoji halların Ü.Hacıbəyov və Koroğlu küçələrinin kəsişməsində "Yaşar-83" MMC-yə məxsus "Yaşar" restoranında normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların, Bakının Xətai rayonu R.Quliyev küçəsində yerləşən Xuraman Məmmədovaya məxsus mağazada, Sabunçu rayonu Maştağa qəsəbəsi, Subtropik Sovxozunda Vüqar Həsənova məxsus mağazada, Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən Haqverdi Məhərrəmova məxsus mağazada və Salyan şəhəri Bakı-Astara yolunda yerləşən Vüqar Əliyevə məxsus mağazada da aşkar edildiyi bildirilir.
Nazirliyin məlumatında həmçinin qeyd olunur ki, Quba rayonu Xucbala kəndində Ramil Həsənova məxsus mağazada və Şəki şəhəri Bağbanlar küçəsi, 2 ünvanında yerləşən Elman Zeynalzadəyə məxsus mağazada da saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və "Facebook" səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.